Sosialist Elm from Azerbaijan, which is a Revolutionary Marxist group that is in close collaboration with RedMed, published a statement after Trump recognized Quds as the capital of Israel and they declared that the workers and revolutionaries of Azerbaijan stand with the righteous fight of the Palestinian people. We publish the statement in Azerbaijani.
Dünyanın ən problemli yerlərindən biri olan Yaxın Şərq, xüsusilə Fələstin uzun illərdir imperializmə qarşı mübarizənin qalası rolunu oynamaqdadır. Osmanlı əsarətinin ardından dərhal imperializmin əsarəti altına düşmüş bu bölgənin xalqları 100 ilə yaxın bir müddətdir ki, imperializmə qarşı vuruşmaqdadır. 1917-ci ildə imperialist İngiltərə tərəfindən Yaxın Şərqin bu hissəsini müstəmləkələşdirmə və burada imperializmə xidmət edəcək sionist bir dövlətin yaradılması məqsədi ilə deklarasiya qəbul edildi. Britaniya müstəmləkəsi olan Fələstində sionistlərə yurd yaratmağı vəd etdi. Bu deklarasiya Fələstin xalqının müstəqilliyinin tapdalanmasında ilk addımdır. 1948-ci ildə İsrail dövləti yaradıldı və ərəblər öz torpaqlarından qovulmağa başladı. İsrail barbarlığı uşaq, qadın və yaşlı tanımadan Fələstin xalqına zülm etdi, yağmaladı və öldürdü. Bu dövlət Orta Şərqdəki amerikan jandarmına çevrildi, zatən məqsəd də bu idi.
6 dekabr tarixində ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını elan etdi. Bu hadisədən sonra Fələstin xalqı öz mövqeyini göstərdi, bir sıra mübarizə təşkilatları məsələyə münasibətlərini bildirdilər. Fələstin xalqı indiyə qədər heç vaxt bu hücumlara qarşı sakit qalmamışdır və qalmayacaqdır. Dünyadaki heç bir ədalət prinsipini tanımadan ABŞ dövlətinin göstərdiyi bu təcavüzkarlığı, birbaşa olaraq imperializmin əsil üzünü bizə bir daha göstərdi.
Orta Şərq xalqlarına azadlıq və xoşbəxtliyi heç bir halda imperializm verə bilməz. Xalqların əzilmişliyi, milli zülm kapitalizmdə həllini tapa bilməz. Bölgədə çıxış yolu qondarma İsrail dövlətinin yıxılması, yəhudi və müsəlman xalqlarının bir yerdə yaşayacağı azad, sosialist, demokratik Fələstindir. Bunun üçün Fələstin fəhlələri və kəndliləri, həmçinin digər bölgə xalqlarının da dəstəyi ilə imperializmi məğlub etməlidirlər.
Azərbaycan xalqının çoxluğu bu şərəfli mübarizəsində Fələstinin yanındadır. Azərbaycan zəhmətkeşləri, inqilabçıları olaraq Fələstinə dəstəyimizi ifadə edirik.
Qüds fələstinlilərindir!
Yaşasın Azad Fələstin!
Yaşasın xalqların qardaşlığı!