Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Ukrayna və Rusiya xalqlarının faciəsi və sosialist gələcəyinə dair!

Hazırda Ukraynada baş verənlər Ukrayna və Rusiya xalqlarının, istismardan azad edilmiş ədalətli bir cəmiyyət və gələcəyin kommunist dünyasını qurmaq üçün birləşən keçmiş sovet sosialist respublikalarının bütün xalqlarının ümumi faciəsidir. Bu faciə Sovet İttifaqının xainliklə və amansız şəkildə məhv edilməsinin bilavasitə nəticəsidir. Buna görə SSRİ prezidenti və Sov.İKP baş katibi Mixail Qorbaçov, RSFSR prezidenti və Sov.İKP MK üzvü Boris Yeltsin, Ukrayna SSR prezidenti və Sov.İKP MK üzvü L. M. Kravçuk və Belarus Respublikası Ali Sovetinin sədri Stanislav S. Şuşkeviç məsuliyyət daşıyır. Bu şəxslər və onları birbaşa və ya dolayı yolla dəstəkləyənlər nəinki sosialist Vətənə və Sovet xalqına, habelə öz partiyalarına xəyanət etmiş cinayətkarlardır. Digər keçmiş Sovet respublikalarında olduğu kimi, Ukraynada da inkişaf edən sonrakı antisovetizm, nazifikasiya və militarizasiyaya bilavasitə və ya dolayı ilə həmin şəxslər, ümumiyyətlə isə biznesmenlər, dövlət, siyasi, mədəniyyət xadimləri və kommunist, sosialist və sosial-demokrat partiyalarına mənsub olan siyasi liderlər daxil olmaqla, rus və ukraynalı “elitalar”, keçmiş Sovet respublikalarının “elitaları” cavabdehdir. Qərbli “elitaların” SSRİ-nin tənəzzülünə uzunmüddətli təsirini də nəzərdən qaçırmaq olmaz.

Rus qoşunlarının Ukraynaya məcburən daxil olması ABŞ və NATO-nun uzun müddət davam edən xüsusi əməliyyatının bir nəticəsidir. Bu əməliyyatın məqsədi Ukrayna və digər postsovet ölkərində elə bir vəziyyət yaratmaq idi ki, Putin yeganə bir seçim qarşısında qalsın: ya hazırda etdiyini etmək, ya da Rusiya üçün doğuracağı bütün nəticələrlə birlikdə məğlubiyyəti qəbul etmək. Bu əməliyyatı hazırlayıb həyata keçirənlərin qənaətinə görə, hər necə olur olsun Qərb burada qalib olaraq qalır. Üstəlik birinci variant müəyyən mənada daha sərfəlidir: Rusiya, sol da daxil olmaqla, bütün ictimaiyyətin nəzərində təcavüzkara çevriləcək, nasist Almaniyası ilə müqayisə olunacaq, onun iqtisadiyyatının darmadağın edilməsi arzuolunan və hətta zəruri hesab olunacaq, beləliklə, rus vətəndaşlarının güzəranını beynəlxalq hüquqa, “demokratik dəyərlər” və “humanizm” prinsiplərinə müvafiq bir surətdə və “qanunauyğun” şəkildə korlanarkən Qərbin maraqları təmin ediləcəkdir. Qərb həmçinin öz demokratik azadlıqlarını və institutlarını antidemokratik bir istiqamətdə “islah etmək” imkanı əldə edəcəkdir.

ABŞ Avropa İttifaqını Rusiyanın əleyhinə sövq edərək avropalı rəqiblərini xeyli zəiflədir, öz iqtisadi və siyasi diktaturasını gücləndirir və möhkəmləndirir.

Neytral ölkələr (İsveç, Finlandiya, hətta Avstriya və İsveçrə) NATO-ya cəlb olunur.

Bolqarlar, rumınlar və digər keçmiş sosialist dövlətlərinin vətəndaşları ilə birlikdə keçmiş SSRİ respublikalarının vətəndaşları olan latışlar, litvalılar və estonları da Ukrayna və habelə digər yerlərdə Rusiyaya qarşı hərbi əməliyyatlarda istifadə etməyə hazırlaşırlar.

Hazırda baş verənlərə görə eynilə yüz il əvvəl etdikləri kimi, indi də faşizm və dünya müharibəsinə şərait yaradan alman sosial-demokratları müstəsna məsuliyyət daşıyırlar.

Əgər Rusiyanın xüsusi əməliyyatı uğursuzluqla başa çatsa, bu, Rusiya üçün fəlakət olacaq. Ən yaxşı halda, eynilə 2014-cü ildə Ukraynada edilən və keçən il Belarusda cəhd olunan formada Rusiyada “demokratik rejim” qurulacaq. Bu rejim tez bir zamanda bütün kommunist və hətta psevdokommunist partiyalarını qadağa edəcək, çünki kommunizm prinsip etibarilə Qərb demokratiyasına uyğun gəlmir. Bundan sonra, bəlkə də dərhal ölkənin Yuqoslaviyadakına oxşar şəkildə çoxdan düşünülmüş və planlaşdırılmış parçalanması baş tutacaq. Parçalanmadan sonra əmələ gələn vahidlər ram ediləcək və Ural dağlarına qədər olan ərazidə yerləşən vahidlər Avropa İttifaqının bir hissəsinə çevriləcək. Ural dağlarından şərqdə isə bir növ yapon-amerikan “Uzaq Şərq Respublikası” qurulacaq.

Qərbə prinsipcə – istər monarxist, istər kapitalist, istərsə də kommunist olsun, heç bir halda – Rusiyanın ərazi bütövlüyü lazım deyil.

Donetsk və Luqansk Xalq Respublikalarının tanınmasını, Ukraynanın demilitarizasiyası və denazifikasiyasını qeyd-şərtsiz dəstəkləyirik. Bununla yanaşı biz əminik ki, Ukraynanın tam və qəti demilitarizasiya və denazifikasiyası başqa, daha vacib və tarixən həlledici bir xüsusi əməliyyat baş vermədən mümkün deyildir. Bu əməliyyat barədə danışanda biz nəzərdə tuturuq ki, ilk növbədə dövlətin bütün daxili və xarici siyasətində antisovetizm və antikommunizm rədd edilməli, çarizm tərəfdarları ilə indiyədək davam etdirilən son dərəcə təhlükəli mazaqlaşmaya son qoyulmalı, neoliberalizm, yerli Vlasovlar [II dünya müharibəsində Qızıl Ordudan qaçıb nasistlərin tərəfinə keçən xainlər nəzərdə tutulur. tərc.], qaragüruhçular [XX əsrin əvvəlində Rusiyada ifrat monarxist “Qara yüzlər” təşkilatının üzvləri nəzərdə tutulur. tərc.], radikal rus millətçiləri, Sovet və kommunizm əleyhdarlarına qarşı mübarizə aparılmalıdır.

Bu mütləq Rusiyanı həqiqətən bir sosial dövlətə çevirməyi və gələcəkdə Sovet sosializmi və SSRİ-ni yenidən qurmaq üçün bütün zəruri siyasi, ideoloji və mədəni müqəddəm şərtlərin təşkil olunmasını nəzərdə tutan başlıca islahatlardan ibarət realist və hərtərəfli bir proqramın inkişaf etdirilməsi və tədricən həyata keçirilməsini də ehtiva etməlidir.

 

“Sovet İttifaqı” Assosiasiyası

5 mart 2022-ci il