2007-ci ildə meydana gələn dünya kapitalist böhranı həll edilmədən davam edir. Əksinə, on il davam edən sosial dağınıqlıq və siyasi sarsıntılardan sonra yüksəlir. 1929-la qarşılaşdırıla bilən dünya səviyyəsindəki çöküş sonrasında təhlükəli çıxılmaz vəziyyət meydana gəldi: daim qəddar kəmər sıxma rejimi altında yaşayan milyonlarla işsiz və aşağı məvacibli “üzüyumşaq” əmək köləsi ilə, Orta Şərqdə və hətta Avropanın şərq sərhədlərində, Ukraniyada müharibələrlə; lakin eyni zamanda böhrandan çıxmaq üçün davam edən ictimai müqavimət və təkrar-təkrar yaranan xalq üsyanları ilə dünya səviyyəsindəki durğunluq – Üçüncü Böyük Depressiya.
Beynəlxalq mənzərə vulkana və ya fasiləsiz püskürən bir sıra vulkanlara oxşayır.
Müharibələr və aclıq, hədsiz və qarşısıalınmaz çarəsiz mühacirlər tsunamisini, yaşadıqları bu məhrumiyyətin ilkin mənbəyi olan imperialist metropolisin qapılarına toxundurur; parlamentarizmin çürüməsi və burjuaziyanın başlıca partiyalarının az qala çökmələri zəminində hər ölkədə rejim böhranları özünü göstərir; ictimai və siyasi qütbləşmə, ictimai qarşıdurmaların kəskinləşməsi, ifrat sağ, irqçilik, əcnəbi düşmənçiliyi, İslamafobiya, anti-semitizm Avropa və Amerikada yüksəlir ancaq eyni zamanda əməkçi xalq üsyanlarının yeni dalğaları da: Cənubi Avropadaki kütləvi fəallıqdan “Ərəb baharı” və sonrasında imperialist müdaxilənin yaratdığı cəhənnəmə düşən Suriya, Yəmən ya da Liviyaya qədər. Türkiyədə Gəzi ilə başlayan xalq üsyanından, Kobani serhildanından və metal işçilərinin böyük tətilindən iyul 2016-cı ildəki dövlət çevrilişi və əks-çevrilişi, Erdoğan istibdadının yüksəlişinə qədər; Yunanıstanda, Aİ/Avropa Mərkəzi Bankı/BVF troykası tərəfindən icbari yolla tədbiq edilən ictimai yamyamlıq tədbirlərinə qarşı sol reformist Syrizanın seçkilərdəki qələbəsinə yolu döşüyən 2010-12 arasındaki kütləvi fəallıqdan, bu partiyanın 2015-ci ildən bu yana davam edən təslim olmasına qədər.
Yeni keyfiyyət sıçramaları artıq beynəlxalq vəziyyəti yenidən formalaşdırır:
§ dünyanın geri qalanına iqtisadi, ticarət və hərbi müharibə çağırışları edən Donald Trumpın ABŞ-ın ifrat sağ, mürtəce prezidenti olaraq seçilməsi, lakin qadınların öndərliyində milyonların dərhal ABŞ-da görülməmiş kütləvi fəallığı ilə qarşı-qarşıya qalmış olması;
§ Brexitin meydana gətirdiyi şok və indi də “sürətə sahib Avropa” qılığına bürünən Avropa İttifaqının dağılması;
§ Avropada, xüsusilə faşist Milli Cəhbənin prezidentlik üçün iddialı olduğu lakin 2016-cı ilin “Fransız baharında” və onun Gecə Ayaqda (Nuits Debout) iclaslarında işçilərin mübarizə potensiallarının qırılmamış olduğunu elan etdikləri Fransada, yüksələn ifrat sağın təhdidi.
2008-ci ildə Lehman qardaşlarının çökməsindən sonra beynəlxalq olaraq hökümətlər və mərkəzi banklar tərəfindən əvvəlcədən təşkil edilən bütün tədbirlər, kütlələrə qarşı zalım “kəmər sıxmalar” və çöküş halındaki bank sisteminə görə likvidlik çayları ancaq uğursuz olmaqla qalmadı, eyni zamanda böhranın yeni bir yüksəlişini, yeni partlayışları, dövlət təzyiqini və yeni inqilabçı qarşıdurmaları yaratdı. Dünya siyasəti, sağa və sola hərarətli ziqzaqlar vasitəsi ilə, ən gözlənilməz, düz xətt üzrə olmayan bir yolda hərəkət edir, bu da istismar edilən və əzilən kütlələrə və onların siyasi təşkilatları və ictimai hərəkatlarına ağır və təcili çağırışlar yaradır.
Aİ son terminal mərhələsindədir mi?
Süqut prosesindəki Aİ, Orta Şərq və Şimali Afrikadaki xaosla görüşür, qarşılıqlı təsir sahəsinə girir və iç-içə keçir. Bu sözü gedən iki prosesin qaynaşdığı iki ölkədə açıq-aydın görünür: Aİ və BVF diktatorluğundan onsuz da xəsarət almış Yunanıstan əkiz tragediya yaşıyır: öz insan fəlakətinə əlavə olaraq, məhvə sürüklənmiş bir ölkədə qorxunc şəraitdə qalan minlərlə mühacirin tragediyası və həm bölgədə, həm də Kürd xalqı ilə müharibəyə girən, daxili çəkişmələri əhatə edən, Erdoğanın yüksələn istibdad rejimi ilə qarşı-qarşıya qalan, dərin böhrandaki Türkiyə.
Şüphəsiz ki, indi tarixi geriləməyə qədəm qoymuş olan kapitalizmin doğum yeri olan Avropa, keçmişdə yaşanan, qan və qəzəblə dolu hər şeyin ötəsinə keçən ictimai müharibələrin arenası olacaq.
Avropanın hakim sinifləri tərəfindən iqtisadi birlik üçün başladılmasından 60 il sonra, layihənin hər mənada bir fəlakət olduğu isbat olundu:
§ fasiləsiz artan kütləvi işsizlik, əmək haqları və pensiya maaşlarını qəsb etmək, səhiyyə xidmətlərinin, təhsilin və demokratik haqların yox edilməsini yaşayan imperialist birliyin üzv dövlətlərindəki işçi sinfi və yoxsul xalq təbəqələri üçün fəlakət.
§ Aİ-nın və NATO-nun keçmiş Sovet ərazisini yenidən müstəmləkə vəziyyətinə salmaq üçün şərqə doğru genişləməsi və kapitalist istismarın mafiya kimi restorasiyası, sənayesizləşməyə, böyük çoxluğun həyat şərtlərində təxribat edilməsinə, oliqarxların və rüşvətçi siyasətçilərin kiçik azlığının zənginləşdirilməsinə və yoxsullaşdırılmış xalqın kütləvi köçünə yol açan, xüsusilə Orta və Şərqi Avropa ilə Balkan xalqları üçün fəlakət.
§ həm Aİ-nın Yuqoslaviya müharibələrindəki rolundan günümüzdə Ukraniyanın iflasına və NATO-nun Rusiya sərhədlərinə təcavüzkar irəliləyişinə Avropada, həm də Liviya, Suriya, Orta Şərq və Afrikadaki bir çox Avropa imperialist təcavüzkarlığında olduğu kimi barış üçün fəlakət.
§ həyatda qalmaq üçün mübarizə edib minimum həyat şərtləri axtaran, “Avropa qalası” ilə, Balkanların qərbində yolu kəsən, əvvəl Erdoğanın Türkiyəsi ilə və daha sonra var olmayan “Liviya” ilə rəzil bir müqavilə imzalayaraq mühacirləri Aralıq dənizinin və Egey dənizinin ortasında boğulmağa ya da yeni ölüm düşərgəsində həbsə məhkum edən, ya da irqçilərə, faşistlərə, polisə və əsgərlərə qurban edilmək və ya məhv edilmiş torpaqlarına “geri dönmək” məcburiyyətində qalacaqlarını söyləyən ironik Aİ ilə qarşılaşan, Avropa və ABŞ imperializminin qurbanları, milyonlarca mühacir üçün fəlakət.
§ kapitalist acgözlük tərəfindən məhv edilən ətraf-mühit və bütün həyat şərtləri üçün fəlakət.
§ dünya kapitalist böhranı, iqtisadi və maddi birlik cəhdlərini vurduğu, avro bölgəsinə ölümcül zərbə endirdiyi, yalnız Yunanıstan örnəyində yox, qitədəki ən böyük bank olan Deutsche Bankı daxil olmaqla bütün Avropada bank sisteminin elan edilməmiş iflasına yol açdığı, zəhərli millətçiliyini, əcnəbi düşmənçiliyini, faşizmi və irqçi nifrəti alovlandırdığı, bütün milli və imperialist ziddiyyətləri qidalandırdığı və Brexitdən başlıyaraq parçalayıcı mərkəzdən qaçan qüvvələrini intensivləşdirdiyinə görə kapitalistlərin özləri üçün fəlakət.
Dünyadaki ən güclü kapitalist ölkə olan Amerika, dünya kapitalist böhranının da mərkəzidir. Metropolis olan Avropa, ABŞ kapitalizminin öz böhranını ixrac etmək cəhdlərinin, Çin və İranla birlikdə ilk hədəfi halında olan ən həssas qurbandır.
Təşkilatlanmaq, tablaşmaq, döyüşmək və qələbə qazanmaq məcburiyyətindəyik!
Donald Trump kimi qorxunc canavarın Ağ Saraya seçilməsi, həm qlobal kapitalist sistemin çürüməsi və böhranının bir təzahürü, həm də böhranın sürətlənməsi cəhətdən güclü və gözlənilməz bir amildir. Qoruyuculuq, iqtisadi millətçilik və Trumpın “hər şeyin üstündə Amerika” siyasəti Aİ-nın çökməkdə olan məbədinə ölümcül zərbə endirə bilər. Bütün əksliklərin intensivləşməsi – parçalanmış, başı qarışmış və geri çəkilməkdə olan solun davam edən pessimizminə rəğmən – yeni sinfi qarşıdurmaların və hətta, Avropa qitəsində inqilabi inkişafın şərtlərini yaratmaqdadır.
Bunu, böhranın ilk mərhələsində, 2010-12-ci illərdə Cənubi Avropadaki kütləvi səfərbərliklərlə, “Qəzəblilərin” İspaniyasında ya da ictimai səfalətin uçurumuna batmış olsa da Syrizanın xəyanətindən sonra geriləməsinə rəğmən indi də dilənçi halına salınmış insanların hələ tab gətirdiyi Yunanıstanda gördük.
Yeni mübarizə dalğası gəlir. Giriş, El Khomrinin işçi düşməni qanununa qarşı 2016 Fransız baharının başlatdığı üsyandır. Bu, tarixdəki əsil baş qəhrəmanın, Paris Kommunasının, 1936 ümumi tətilinin və 68 Mayının mirasçısı işçi sinfi olduğunu, işçi sinfinin, Milli Cəbhənin “dəniz mavisi vəbasına” qalib gəlmək və kapitalizmi devirmək qabiliyyətində baş qəhrəman olduğunu göstərdi.
Orta və Şərqi Avropada və Aİ-nın ümumi böhranı ilə NATO və Rusiya arasındaki mübarizədən təsirlənərək istiqrarsızlaşan yoxsullaşdırılmış Balkanlarda, kütləvi narahatlıq, milli qarşıdurmalar, Macarıstan və Polşadaki ifrat sağ hökümətlərin yüksəlişini görürük – eyni zamanda da Ruminiya, Moldova, Bolqarıstan, Monteneqro, Makedoniya, Serbiya, Xorvatiya və Bosniya və Herseqovinada təkrarlanan ictimai üsyanları. Polşada da ifrat mühafizəkar rejim tərəfindən aborta qarşı qanunun genişləndirilməsinə qarşı qadınların müzəffər “Qara Tətili” həyata keçdi. Bölgənin Aİ ilə “bütünləşməsi” saxta bir xəyaldan kabusa çevrildi.
Avropa burjuaziyası tarix boyunca qitəni ya müharibə yolu ilə, ya da “barışcıl” bir iqtisadi proseslə birləşdirmək mövzusundaki mütləq yetərsizliyini tarixi olaraq sübut etmişdir. Sağçı populistlər ya da “sol” millətçilərin burjua milli dövlətinin dəli köynəyinə dönüş çağırışı fəlakətin reseptidir. İqtisadi həyatın millətçiliklə zəhərlənməsi faşizmə yol açdığı kimi kapitalist böhranın üstəsindən gəlməməyə də məhkumdur.
Yalnız işçi sinfi böhrana son verə bilər və qitəni imperialist Aİ-nın dağıntıları üzərində, yeni və sosialist əsaslarda Lizbondan Vladivostoka Avropa Birləşmiş Sosialist Dövlətlərini inşa etmək üçün mübarizə apararaq birləşdirə bilər.
Avropanın işçiləri və yoxsulları, cinsiyyətə, etnik-milli mənşəyə, dinə və ya cinsi oriyentasiyaya dair hər cür ayrıseçkiliyə qarşı bütün əzilənlərlə həmrəylik və ortaq mübarizə içində olmadan özlərini azadlığa çıxara bilməz. Qaçqınlar və mühacirlərlə olduğu qədər, Orta Şərq, Asiya, Afrika ya da Latın Amerikada imperializm tərəfindən əzilən bütün xalqlarla ortaq mübarizə zəruridir.
Dünya böhranının partlamasından sonra gerçəkləşən birinci tur mübarizədə, Aralıq dənizinin ətrafındaki daxili əlaqə aydın oldu: Madriddəki Puerto del Sol, Qahirədəki Tahrir meydanı ilə və ardından Afinada Sindagma meydanı ilə, İstanbulda Gəzi parkı və Taksim meydanı ilə əlaqədə idi.
Ərəb inqilabından məzhəbçi kabusa
Ərəb inqilabı, xüsusilə Misirdə və Tunisdə qismən qalibiyyət əldə edən inqilablar, beynəlxalq arenada müzəffər inqilabın olmadığı uzun bir dövrə son qoydu. Dünyanın gördüyü ən son müzəffər inqilablar İranda və Nikaraquada, hər ikisi də 1979-cu ildə gerçəkləşən, əfsuslar olsun ki daha sonra qısırlaşan inqilablar idi. Xüsusilə Misir inqilabı bir-birinin ardınca üç fərqli iqtidar forması ilə mübarizə aparan, müasir tarixin ən güclü kütlə ayaqlanmalarından biri idi. Bunlardan ikisini devirməyi bacardı ancaq nəhayət 2013-cü il ortalarında General Sisinin Bonapartist rejimi tərəfindən dayandırıldı. Hüsnü Mübarəkin həbsxanadan yaxın zamanda azad edilməsi, Misir xalqının qəhrəmanca mübarizəsinə təhqirdir və inqilabın ən azından müvəqqəti olaraq məğlub olduğunu göstərməkdədir. İnqilabın məğlubiyyətinin əsas səbəblərindən birinin inqilabçı proletariat partiyalarının yoxluğu olduğuna işarət etmək önəmlidir, yəni belə partiyaların inşası bütün ölkələrimizdə önəmli problemdir.
İmperializm Ərəb inqilabını dayandırmaq üçün müdaxilə etdi və Orta Şərqdə xaosu yaydı: Suriya və Liviyadaki cəhənnəm, Misirdəki Sisi diktatorluğu, Yəməndəki vəhşət. Sözdə “İraq və Şam İslam Dövləti”, yəni DAİŞ (İŞİD), 15 mart 2011-ci ildəki Suriya ayaqlanmasını məzhəp əsasında daxili müharibəyə çevirmək axtarışları içində, imperializmin özü və başda Səudiyyə Ərəbistanı, Qətər və Erdoğanın Türkiyəsi olmaqla regional müttəfiqləri tərəfindən yaradılan bir Frankenşteyndir. Böyük şəhərlərin mərkəzlərində böyük işsizlik və səfalət yaradan iqtisadi böhranın nəticələri kimi, xaric edilmiş Müsəlman və Ərəb cəmiyyətlərinə qarşı davam edən irqçilik və ayrıseçkilik də DAİŞ tərəfindən tədbiq edilən nihilist terroru bəsləyir.
Suriya Kürdüstanı Rojavada, DAİŞ-ə müzəffər formada həqiqətən tab gətirən tək qüvvə olan qəhrəman Kürd xalqı, ABŞ imperializminin intriqalarından, gizli diplomatiyadan və Türk dövlətinin öz sərhədlərinin ötəsində də Kürdlərin xalqlarına qarşı barışmaz etirazından qaynaqlanan yeni təhlükələrlə üz-üzə gəlir.
Ağ Sarayda prezidentin ətrafında ultra-sionistlərlə ən təcavüzkar Yəhudi düşmənlərini bir araya gətirən yeni Trump hakimiyyəti, dəhşəti artıracaqdır. Bu hakimiyyət İsraildə, Fələstin torpağındaki koloniyalarını genişləndirərək və hətta, İordan çayının qərb sahilini ilhaq etmək planları quraraq Fələstin xalqının Nakbada yaşadığı prosesi tamamlamaq yolunu gedən ifrat sağ Netanyahu hökümətini ört-basdır etməkdədir. Eyni zamanda Fələstin sahillərindəki təbii qazın işlədilməsi üçün də planlar qurulur. Bunun mənası, Fələstin xalqının hər cəhətdən öz haqqı olan çox qazanc gətirən bir təbii qaynaqdan yararlanmasının qarşısına keçiləcəyidir. Bu il, Britaniya imperializminin Sionizmə Fələstində bir “Yəhudi yurdu” qurmaq fürsətini verən və beləcə Fələstin xalqının kölələşdirilməsinin tarixi təməlini qoyan o uğursuz sənədin, Balfour Deklerasiyasının 100-cü ildönümünü yaşıyırıq. Həmişə əzilmiş olan bu xalqın haqlarını, öz müqəddəratını təyin edə bilməsini müdafiə etmək üçün çalışmalıyıq.
Həmçinin, Trump hakimiyyətinin strategiyası, İran və bölgədəki müttəfiqləri ilə konflikt yaratmaq üzrə, bölgənin oliqarxik Ərəb rejimlərinin Səudiyyə Ərəbistanı liderliyi ilə İsraillə bir müharibə ittifaqı təşkil etməsi məqsədi ilə mürtəce Sünni-Şiə məzhəb bölünməsini istismar etməkdədir. Bu, bugün böyük ehtimalla dünyadaki ən mürtəce dövlət olan, rentaçılar qrupu tərəfindən idarə edilən Səudiyyə Ərəbistanı dövlətinin daha da çox qalıq yanacaq qaynağını ələ keçirmək cəhdinin və Türkiyənin, Erdoğanı bütün Sünni dünyanın “Rəis”-i etməyə aludə olan AKP hökümətinin əlinə oynayacaqdır.
Lakin biz inanırıq ki, Ərəb inqilabının və başqa ölkələrdəki ardıcıllarının gücü hələ bütünlüklə tükənməmişdir. Tunisin işçi sinfi gəncliyinin, tam bir “xalq şənliyi” olan Tahrir meydanının, Yəmən, Bəhreyn, İordaniya və ya Mərakeşin xalqlarının alçaq hökümətlərə qarşı mübarizəsinin, Türkiyədə Gəzi xalq üsyanının baş döndürən yaradıcılıq partlamasının və qəhrəmanca tab gətirməsinin, Rojavanın ilk qurulduğu mərhələdə meydana gələn qurtuluş coşğusunun yaşanmışlığı, bütün bu təcrübə, şüphə yoxdur ki, ardında yeni mübarizələrin yüksələcəyi izlər qoyacaqdır.
Təcili bir vəziyyətə təcili bir cavab lazımdır
İmperialist müharibəsini ümumi bir müharibə halına gətirmək dinamikası hər zamankindən böyük bir təhlükə ərz edir, dünyanın bütün xalqlarını təhdid edir: İmperializmi və müharibəni məğlub etmək üçün hər yerdə mübarizə etməliyik. Trumpın başa keçməsindən əvvəl də ABŞ imperializmi, Avropalı müttəfiqləri ilə əl-ələ, həm Rusiyanı, həm də Çini mümkün olan hər üsulla əhatə edib şərtlər icazə verdikdə dizlərinin üstünə çökdürtmək üzrə atəşli bir fəaliyyət içində idi. Enerji mənbələrinə görə Orta Şərqi idarə etmək hissinin də yoldaşlıq etdiyi bu dikbaşlı siyasət böyük ehtimalla, əvvəl-axır, dünyanı bir Üçüncü Dünya Müharibəsi fəlakətinə sürükləyəcəkdir. Roza Lüksemburqun Birinci Dünya Müharibəsində ortaya qoyduğu seçimlər indi hər zamankindən daha çox gündəmdədir: Ya sosializm, ya barbarlıq!
Bu önəmli şərtlər altında imperializmdən, kapitalist barbarlıqdan və istismarla zülmün bütün təzahürlərindən qurtulmaq üçün mübarizə etməkdə olan bütün mübarizlərin, beynəlxalq vəziyyətdə meydana çıxan dəyişikliklər və çətin problemlər barədə mübahisə etmək və bir ortaq beynəlxalq fəaliyyət proqramı hazırlamaq üzrə Təcili Konferansda görüşməsi bir ehtiyacdır.
Kristian Rakovski Balkan Sosialist Mərkəzi və Redmed internet şəbəkəsi son illərdə bu cür üç konferansı uğurla təşkil etmişdir. İndi, vəziyyətin təcili olmasını və fəaliyyətli bir internasionalizmi bütünlüklə dərk edərək, Avropada, Orta Şərqdə və dünyanın hər yerində mübarizə etməkdə olan bütün mübariz işçi və xalq təşkilatlarını və fərqli ənənələrdən gələn inqilabçı sol hərəkatları bizimlə Yunanıstanın paytaxtı Afinada 26-28 May 2017-ci il tarixlərində toplanacaq IV Avropa-Aralıq dənizi Təcili Konferansında görüşməyə dəvət edirik.
Bu il, tarixdə bir işçi dövlətini ilk dəfə sabit şəkildə formalaşdıran böyük Oktyabr inqilabının 100-cü ildönümüdür. XX əsrdə yaşanan bütün digər inqilablar və kapitalizmin ləğvi ilə nəticələnən keçidlər, böyük miqyasda, bu gur qaynaqdan fışqıran məhsullardır. İlhamımızı Oktyabr inqilabından alaq, hər cür qurtuluş və azadlıq mübarizəsinə yol göstərən bir beynəlxalq hərəkatı yenidən quraq, keçmişin xətalarından uzaq olaq və geriləməkdə olan kapitalizmin bizi içinə sürükləməkdə olduğu barbarlığı əbədi olaraq qeyri-mümkün hala salacaq formada beynəlxalq miqyasda sinifsiz cəmiyyətin təməllərini yaradaq.
25 mart, 2017.
Qeyd: Çağırış Sosialist Elm tərəfindən tərcümə edildi.