Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

BEYNƏLXALQ ZƏHMƏTKEŞ QADINLAR GÜNÜ BƏYANATI

“Dördüncü İnternasionalın Yenidən Qurulması üzrə Koordinasiya Komitəsi”nin proqramını özü üçün əsas götürən inqilabçı partiya və təşkilatlar olaraq 2019-cu il 8 mart Beynəlxalq Zəhmətkeş Qadınlar Günündə hər cür təzyiqə məruz qalan, istismar edilən, müqavimət göstərən və üsyan qaldıran, bütün dünyada qlobal kapitalizmin doğurduğu kişi hökmranlığına və barbarlığa qarşı mübarizə aparan bütün qadınları salamlayırıq! Qadınlar azad olmadan ümumbəşəri azadlıq, dünya sosializmi olmaz!

Kapitalist sistemin on ildən çox davam edən, hələ də həll olunmayan və yenidən kəskinləşən qlobal böhranı artıq xüsusilə qadınlara təsir edən görünməmiş ictimai fəlakətlərə və iztirablara səbəb olub. Fəqət eyni zamanda Şimali Amerika və Latın Amerikasından Avropaya, ərəb-müsəlman aləminə, Asiya və Afrikaya qədər – bütün planetdə əzilən hər kəsin üsyanında qabaqcıl dəstədə döyüşən böyük, kütləvi, hürriyyətpərvər qadın hərəkatının yüksəlməsini və beynəlmiləlləşməsini təmin etdi.

Zəhmətkeş qadınları maraqlandıran bütün tələblər müharibəyə, həyat şəraitinin ictimai təxribatına və repressiyaya aparan bir böhrandakı imperializm və kapitalizmin başlıca tendensiyaları ilə toqquşur. Buna görə də həmin tələblər ölçüyəgəlməz xalq kütlələrinin hakim siniflər, onların siyasətçilərinin və kapitalist hökumətlərin barbar siyasəti əleyhinə ləyaqətli insan həyatı, çörək və azadlıq uğrunda irəli sürdükləri ictimai-siyasi tələblərlə birləşir.

Trampın rəhbərlik etdiyi ABŞ-da qadın hərəkatı ilk növbədə nəinki son dərəcə irticaçı prezidentin qadın düşmənçiliyinə, habelə Meksika sərhədinə rüsvayedici bir “sədd” çəkmək planını da ehtiva edən müharibə siyasətinə qarşı yüksəldi. Anaları uşaqlarından ayıran və bütün insan münasibətlərini parçalayan bu irqçi planın ilk qurbanları qadınlardır. Trampın səddi imperialist kapitalizmin qurbanları olan Latın Amerikalı immiqrantlara qarşı bir müharibə həmləsi olduğu qədər ABŞ prezidenti tərəfindən elan edilən “fövqəladə vəziyyət” ilə birlikdə ABŞ xalqının azadlıqlarına qarşı da bir müharibə həmləsidir.

Braziliyada faşist Bolsonaruya qarşı rəşadətli səfərbərliyə səbəb olan “Ele Nao” (“O olmaz!”) kütləvi qadın hərəkatı idi. Argentinada Makri rejiminin keçirdiyi böhranla birləşərək onu dərinləşdirən abort hüququ uğrundakı böyük miqyaslı və mübariz qadın hərəkatı oldu. Abortun qanuniləşməsi uğrundakı buna bənzər mübarizələr yalnız digər Latın Amerikası ölkələrində deyil, həmçinin Avropada da meydana çıxdı: İrlandiyada referendumda qələbəyə və Polşada ifrat sağçı hökumətə qarşı səfərbərliklərə rəhbərlik etdi. Dünyanın digər ucundakı Hindistanda isə kasta sisteminə və ayrı-seçkiliyə qarşı nəhəng etirazlar və nümayişlər baş verdi.

Qadınların tələblərinin spesifikliyinə rəğmən yox, əksinə, məhz buna görə həmin tələblərin beynəlxalq ictimai azadlıq mübarizəsindəki xüsusi strateji çəkiləri artır. Qadınlar ictimai şəraitin bütün sferalarında mövcud olan barbarlıq üçün hədəf olurlar: gender münasibətləri, ailə, təhsil, əmək münasibətləri, həyat fəaliyyətinin bütün təzahürləri.

Getdikcə zəifləyən partiarxat kapitalizm qlobal böhrana daxil olarkən qadınlara qarşı qəddarlıq həm daha mürəkkəb, həm də daha dəhşətli formalara bürünür: qadına qarşı zorakılığın və qadına qarşı törədilən cinayətlərin artması; ev daxilində əsarət; ailə zorakılığı; ailədaxili və ailədənkənar cinsi istismar; müharibə və aclıqdan qaçan immiqrant qadınlara qarşı vəhşi hücumlar; insan alveri; əmək münasibətlərində artan bərabərsizlik; təminatsız işləyən qadınların artması; iş yerində ifrat istismar və cinsi zorakılıq halları; kilsə, məscid və digər dini institutların təhsilə, qanunlara, ictimai və şəxsi həyata müdaxilə etməsi və nəzarət etməsi; (baş nazir Orbanın etdiyi, Bolsonarunun isə etməyi planlaşdırdığı universitetlərdə gender və qadın məsələlərini araşdıran tədqiqat şöbələrinin bağlanması daxil olmaqla) təhsilin cəhalətə sürüklənməsi və s.

Qadınların azadlığı üçün dünya inqilabı zəruridir. Çox sayda qadının iştirak etdiyi Fransadakı populyar “sarı jiletlilər” üsyanında bir qadın aktivist, Mirabodan sitat gətirərək deyirdi: “Nə vaxt ki, qadınlar mübarizənin ön dəstəsindədir, deməli, inqilab elə də uzaqda deyil”.

Fəhlələrin azadlığa çıxması onların öz işi olmalıdır. Amma fəhlələr beynəlmiləl bir sinif kimi hərəkət etməsələr, azadlığa çıxa bilməzlər. Beləliklə, “insanı alçaldılmış, məhkum, aciz, həqir bir məxluq vəziyyətinə salmış olan bütün münasibətləri alt-üst etmək (Marks) üçün yalnız fəhlələrin təcili tələbləri uğrunda yox, eyni zamanda qadınların və hər cür zorakılığa və istismara məruz qalan bütün əzilənlərin azadlığa çıxması uğrunda da döyüşmək lazımdır.

Yalnız qadınlar uğrunda qadınlarla çiyin-çiyinə mübarizə aparan fəhlələr sinfi şüura malik olduqlarını iddia edə bilərlər. Qadın hərəkatı dünyanı və insan həyatını dəyişdirmək üçün öz tələbləri ilə birlikdə inqilabçı İnternasionalın bayrağı altında fəhlə sinfinin mübarizəsinə qoşulmalı və proletar inqilabı uğrunda mübarizə aparmalıdır.

 

Qadın hərəkatlarının beynəlxalq fəaliyyət birliyi!

Qadın cinayətlərinə son qoyulsun! Qadınlara qarşı hər cür zorakılıq cəzalandırılsın! Qadınların özünümüdafiə təşkilatları qurulsun!

Qanuni, təhlükəsiz və pulsuz abort hüququ!

Kilsə və dini qurumlar dövlətdən ayrılsın! İctimai tələbatları ödəmək üçün kilsənin sərvəti fəhlə nəzarətində müsadirə edilsin! Dünyəvi, pulsuz, sosialist təhsil!

Din və məzhəb ayrı-seçkiliyi fəhlələr arasında qarışıqlıq salıb ümumi düşmən olan kapitalistlərin mənafeyinə xidmət edir! Müsəlman dini qurumlarının siyasətə, hüquq sisteminə, təhsilə, qadınların həyatına müdaxilə etməsinə proletar dünyəviliyinə əsaslanaraq mane olunsun!

Ev daxili işlər ictimailəşdirilsin! Əmək münasibətlərində gender bərabərliyi! Cinsi, irqi, etnik, dini ayrı-seçkiliyə və cinsi oriyentasiyaya əsaslanan ayrı-seçkiliyə yox!

Qadınların və bəşəriyyətin qurtuluşu – dünya sosializmi üçün inqilabçı İnternasionalı quraq!

 

PO -Argentina

PT -Uruqvay

EEK -Yunanıstan

DİP -Türkiyə

MTL -Finlandiya

ROR -Fransa