Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

YENİ ZELANDİYADAKI MƏSCİD QƏTLİAMINI QINAYIRIQ! QƏTLİAMLAR YARADAN ÇÜRÜMÜŞ QURULUŞA, FAŞİZMƏ VƏ İRQÇİLİYƏ QARŞI MÜBARİZƏ APARIRIQ!

Çürüyən kapitalist sistemin dünyanı sürüklədiyi barbarlıq vəhşi bir qətliamla Yeni Zelandiyada baş göstərdi. İndidən 49 şəxsin həyatını itirdiyi və çox sayda yaralının olduğu bu qətliamı ən dərin hisslərlə qınayırıq. Qətliamlar yaradan çürümüş quruluşun təpəsindəki imperialist liderlərin tökdükləri saxta göz yaşlarının əksinə olaraq çəkdiyimiz iztirab faşizmə və irqçiliyə qarşı qəzəbimizi kəskinləşdirdiyi qədər xalqların qardaşlığı uğrunda mübarizə aparmaq qətiyyətimizi də gücləndirir.

Krastçörç (Məsih kilsəsi) qəsəbəsindəki iki məscidə girərək ibadət edən müsəlmanları qətlə yetirən şəxs yalnız avtomatik silahlarla deyil, irqçi bir beyin və pozulmuş bir şəxsiyyətlə də təchiz olunmuşdu. Qətliamı sosial mediadan ictimailəşdirən bu şəxsdən geridə müsəlmanlara və immiqrantlara nifrət qusan 87 səhifəlik bir manifest qaldı. Həmişə olduğu kimi təcavüzkarın psixi sağlamlığı müzakirə olunur, amma əsas ona diqqət yetirmək lazımdır ki, qətliam törədən şəxsin motivasiyasını təmin edən fikirlər Qərb aləmində hər keçən gün təsirini artıran faşist hərəkatın meydanlarda dediklərindən və təbliğat broşüralarında yazdıqlarından çox da fərqli deyil.

2011-ci ildə Norveçdə bir gənclik düşərgəsinə hücum edən Breyvikin əməlinin fərdi bir çılğınlıqdan ibarət olmadığını – o gündən bu günə Skandinaviya və Avropada faşizmin yüksəlişində və kütləviləşməsində gördük. Mövcud quruluşun dırnaqarası mərkəz partiyalarının necə bu yüksəlişə şərait yaratdığına, dırnaqarası Qərb dəyərlərinin imperialist burjuaziyanın əzilən xalqlara və immiqrantlara qarşı bəslədiyi qorxu və nifrətin yanında bir heç olduğuna şahid olduq. Bu qətliamın da əsla Yeni Zelandiyanın bir qəsəbəsində baş verən bir faciədən ibarət olmadığını və belə qalmayacağını bilirik.

Əlbəttə, dünya xalqlarının mübarizələr, müqavimət, dirənişlər, üsyanlar və inqilablarla diri saxladığı ləyaqət barbarlığa üstün gələcəkdir. Əzilənlərin barbarlığa cavabı başqa bu tipli barbarlıqlar deyildir. Orta Şərqdə müsəlmanların çəkdiyi əziyyətə kilsələrə hücum edərək cavab verənlər imperializmin oyununu oynayırlar. Misir inqilabı vaxtı Təhrir meydanında ibadət edən müsəlmanların ətrafında zəncir təşkil edən xristianlar bizə inqilabların çox başqa və çox güclü cavabları olduğunu xatırlatmalıdır. Dünyanın qarşısında olduğu yol ayrımı “ya barbarlıq, ya sosializm”dir.