Orta Şərq Sosialist Federasiyası daxilində
Azad sosialist Fələstin üçün
ABŞ prezidenti Donald Trump 2017-ci il 6 dekabrda “Qüdsü İsrailin paytaxtı” elan edərək Orta Şərqdə baş verən müharibələri, xalq üsyanlarını və siyasi böhranı qızışdırmış oldu. Fələstin xalqının bütün haqlarını qəddarcasına yox sayan bu açıqlama bütün ərəb və müsəlman xalqlara qarşı yeni bir hücum və imperialist müharibəsini genişləndirmək vasitəsi ilə bütün insanlığa qarşı bir təhdiddir.
Beynəlxalq fəhlə hərəkatını, dünyanın bütün azadlıq döyüşçülərini və əzilənləri səfərbər olmağa, torpaqları sionist İsrail, onun hərbi birlikləri və mühacirləri tərəfindən işğal edilmiş olan Fələstin xalqının qəhrəmanca mücadiləsinə dəstək olub qoşulmağa çağırırıq!
Trumpın özü birmənalı olaraq göstərmişdir ki, imperializmlə və onun bölgədəki sionist qalası ilə uzlaşmaq heç bir məsələdə mümkün deyil. Aİ imperializmi, Səudiyyə krallığının başçılığı ilə mürtəce ərəb rejimləri və sözdə “Fələstin hakimiyyətinin” lideri komprador Mahmud Abbas Trumpın açıqlamasına təəccüblənərək ABŞ-ı “sülh danışıqları prosesini” və “iki dövlətli həll yolu” prosesini təhlükəyə atdığı üçün “günahlandırdılar”. ABŞ nəzarətindəki “danışıqlar” uzun zaman əvvəl ölmüş, “iki dövlətli həll yolu” zombiyə dönüşmüş haldadır. Su və başqa həyati qaynaqların heç birinə nəzarət edə bilməyəcək, İsrailin hərbi nəzarəti altında boğulacaq, Fələstinin tarixi torpaqlarının 15 faizində qurulacaq silahsızlandırılmış, bölünmüş bir Bantustan, necə bir Fələstin “dövləti” ola bilər?
Aİ imperializmi və irticaçı ərəb və müsəlman ölkələrinin ikiüzlülüyü, etdikləri “qınamaların” daxilinin boş olmasından və Trump və Netanyahunun provokasiyalarına qarşı konkret heç bir əməli hərəkət etməmələrindən asanlıqla anlaşılır. İstanbulda keçirilən “İslam Zirvəsi”, boşboğazlığı saymasaq, imperializm və sionizmlə əlaqələrin kəsilməsi məsələsində konkret heç bir addım atmadı.
Erdoğan həmişə etdiyi kimi göstəriş edir, həm Trumpa, həm İsrailə tənqidlər yağdırır. Bu yalnız Türkiyədə xalq kütlələrini tətmin etmək və ərəb kütlələrinə ABŞ-a Fələstin məsələsində meydan oxuya biləcək tək sünni liderin özü olduğunu isbat etmək üçündür. Lakin qeydiyyatında yer alan, Mavi Mərmərə hadisəsi ərəb dünyasına Erdoğanın indi etdiyi göstərişin necə boş olduğunu göstərməlidir: O hadisədə sonda geri addım ataraq İsraillə münasibətləri normallaşdırmışdı; üstəlik normallaşma müqaviləsi rəsmi olaraq “Ankara və Qüds” olaraq imzalanmışdı! Edilməsi zəruri olan şey isə İsraillə diplomatik, iqtisadi və hərbi bütün əlaqələrini kəsmək, NATO-dan çıxmaq və ABŞ Hava Qüvvələrinin Amerikan imperializminə və sionizmə qarşı gördüyü bütün qüvvələrə hücum etmək üçün istifadə etdiyi İncirlik Hərbi Bazasını bağlamaqdır.
Yunanıstanda isə, Çipras və onun sözdə “sol” hökuməti, Netanyahunun ifrat sağçı sionist rejimi ilə və Misirdəki hərbi diktatura ilə yaxın strateji ittifaq qurdu. Yunan hökuməti Aralıq dənizindəki qaz rezervlərini istismar etmək məqsədi ilə, sionist dövlətlə olan müttəfiqliyinə sadiqdir. Trumpın Qüds açıqlamasının ərəfəsində Çipras, ABŞ prezidentini tərifləmiş və strateji cəhətdən çox önəmli olan, Yunanıstandaki ABŞ hərbi bazaları şəbəkəsinin genişləndirilməsini qəbul etmişdi.
ABŞ-ın imperialist qərarının ardından Fransa və Aİ, zəfər sərxoşu Netanyahunu qonaq etdilər və mülayim sözlü tənqidlərini, “ABŞ-ın barış prosesindəki avanqard rolunu” qəbulunun elanı ilə birləşdirdilər. Makronu Trumpdan ayıran, ikincinin fransız neft şirkəti Totalın İrandaki fəaliyyətlərinə olan müxalifətidir.
Putin Rusiyası da, bir miqdar mülayim tənqidi, Rusiya prezidentinin Türkiyə, Suriya və Misirə etdiyi bir turla birləşdirdi. Rus əsgərlərinin bir qismini Suriyadan çəkmək qərarı, ABŞ və Səudiyyə tərəfdarı misirli diktator El Sisi ilə bağladığı yeni iqtisadi müqavilələr və Netanyahu ilə var olan münasibətləri, Kremlinin ABŞ-la, sadəcə Orta Şərqdə deyil, xüsusilə də Ukrayna və köhnə Sovet coğrafiyası haqqında müzakirəyə əsaslanan bir uzlaşma axtaran qlobal bir qüvvə olaraq davranmaq muradını vurğulayır.
Səudiyyə Ərəbistanı, ərəb irticaçılığının avanqard qüvvəsi olaraq qalmağa davam edir. Trump, Amerikanın İran və bölgədəki müttəfiqləri qarşısında İsrail və Səudiyyə Ərəbistanının başında olduğu digər sünni dövlətlərdən bir xətt təşkil etmək staregiyasını təhlükəyə ata bilməzdi. Muhammed bin Selmanın Səudiyyə moxarxiyası, həm neft qiymətlərinin düşməsi ilə birlikdə ilk dəfə açıqlar verib iqtisadi olaraq, həm də krallıq ailəsinin yarısının həbsdə olması, Yəməndə önəmli Səudiyyə məğlubiyyətləri və Qətər ilə yaşanan soyuqluq ilə siyasi olaraq dərin bir böhrandadır. Şüphəsiz ki, Trump, bu qərarı almadan əvvəl səudiyyəlilərin üstüörtülü rəyini aldı. Lakin bu həqiqət Səudiyyə Ərəsbistanı böhranını dərinləşdirəcək və həm Riyaddaki və həm də bütün müttəfiqləri arasındaki siyasi qeyri-sabitliyi artıracaq.
Ramallah və Qazzedəki Fələstin liderlikləri daxil olmaqla, bölgədəki bütün rejimlərin mötəbərliyi və leqallığı mövzusundaki böhran dərinləşir. Fələstin nüfuzunun 70 faizinin Abbası rədd etməsi və iqtidardaki mövqeyini tərk etməsini tələb etməsi təsadüf deyil. Çoxluq Trumpın provokasiyasını dəf etmək üçün uzun müddətli bir xalq üsyanına çağırır. Hamas və Hizbullah Üçüncü İntifada çağırışı edir. İşğal altındaki Fələstin küçələrində indidən qarşıdurmalara girənlərdən asılı olmayaraq, xalqın qəzəbi partlamağa hazır bir vulkan kimi sürətlə böyüyür.
Fələstin hərəkatının önəmli bir hissəsi, 2017/18-in, nə sonralar aldadıcı Oslo danışıqlarının dayandırmış olduğu Birinci İntifadanın gerçəkləşdiyi 1987, nə də Şaronun provokasiyası və Oslo prosesinin çöküşü sonrasında meydana çıxan İkinci İntifadanın yaşandığı 2000 olmadığını görür. On ildir həll edilməmiş kapitalist dünya böhranının Orta Şərqdəki təsirinin beynəlxalq sahədə başqa örnəyi yoxdur. Trumpın qərarının özü, gücünün deyil, tam əksinə Birləşmiş Ştatlarda var olan böyük iqtisadi və siyasi böhranın, Trumpın populyarlığının sürətlə düşməsinin, Evangelist fanatlarından asılılığının, dərin bölünmüşlük içindəki ABŞ hakim sinifləri arasındaki siyasi daxili müharibənin göstəricisidir. Bu daxili mübarizə Qüds qərarından dərhal əvvəl gerçəkləşən Flynn vaqiəsi və Qüds qərarından dərhal sonra Trumpın Alabamada senatorluq seçgisində məğlubiyyətində özünü göstərdi.
Qarşı-qarşıya qalınacaq yeni təhlükələr və inqilabi ehtimallar, milli ya da regional səviyyədə deyil, ancaq dünya miqyasında meydana çıxmaqdadır.
Fələstinli avanqard hissələri yalnız bir başqa üsyanın yetərli olmayacağını, bu dəfə İntifadanın gerçək bir Sarva (qələbəyə qədər davam edəcək inqilab) halına gəlməsi zərurətini başa düşür. Belə bir qələbənin əldə edilə bilməsi üçün imperializm və kapitalizmə qarşı qüvvələrin beynəlxalq inqilabi hərəkatı zəruridir.
Getdikcə daha çox fələstinli, tək həll yolunun bütün vətəndaşların bərabər haqlara sahib olduğu tək bir dövlətin qurulması olduğuna inanmış haldadır. Ancaq bütün ərəb və yəhudilər üçün təminat verilmiş, bütün fələstinli qaçqınları qayıtmaq haqqı da daxil olmaqla bərabər vətəndaşlıq haqlarını ehtiva edən tək dövlətli həll yolu, qarşıdurma olmadan, sionist dövlət forması məğlub edilmədən və tamamilə ortadan qaldırılmadan həyata keçirilə bilməz. Bütün əzilənlərin və istismar edilənlərin birliyinin sosialist əsas üzərində, azad xalqların (ərəblərin, türklərin, yəhudilərin, kürdlərin, iranlıların və s.) Sosialist Federasiyası tavanı altında yalnız imperializmdən, sionizmdən və regional mürtəce qüvvələrdən qurtuluşları ilə əldə edilə bilər.
Bu perspektivi inkişaf etdirmək və gerçəkləşdirmək üçün, iki sahədə çətin bir mücadilə zəruridir:
2017-ci ilin may ayında Yunanıstanın Afina şəhərində gerçəkləşən IV Avropa-Aralıq dənizi konfransının qərarlarında da vurğulandığı kimi, vaxt itirmədən, bütün inqilabçı solun və Fələstin xalqı ilə həmrəylik edən və imperialist müharibəyə qarşı olan anti-imperialist xalq qüvvələrinin beynəlxalq və regional birləşmiş cəbhəsini qurmaq üçün çalışmaq.
Güclü inqilabçı partiyalar və inqilabçı İnternasional quraraq, milli və ictimai azadlıq mübarizələrindəki liderlik böhranından çıxmaq.
Qüdsdən əlinizi çəkin!
Məhv olsun imperializm, sionizm və əməkdaşları!
Çaydan dənizə azad Fələstin!
Orta Şərq Sosialist Federasiyası daxilində birləşmiş, azad, sosialist Fələstin!
15 dekabr, 2017-ci il.
DİP (Türkiyə)
EEK (Yunanıstan)
Marxist Workers League/MTL (Finlandiya)
Partido Obrero (Argentina)
Partido de los Trabajadores (Uruqvay)