Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Sionizmin dronu ilə etnik təmizləmə

 

Qarabağ müharibəsinin son mərhələsi başa çatdıqdan sonra Gerçək qəzeti bu müharibənin Qarabağın erməni əhalisinə qarşı zülmə və qırğına çevrilməsi potensialını vurğulamışdı. Aradan ötən qısa müddətdə bu potensial reallaşdı. Bilavasitə bir qırğının baş verdiyinə dair təzahürdə heç nə yoxdur. Azərbaycan hökuməti hərbi qələbənin ictimaiyyətlə əlaqələr rüsvayçılığına çevrilməməsi üçün çox böyük cəhdlər göstərir. Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanın qələbəsindən dərhal sonra prezident İlham Əliyev Qarabağı regionda yaşayan ermənilər üçün də cənnətə çevirmək istədiyini bildirmişdi. Üstəlik bir sıra Qərb ölkələrindən və BMT-dən müşahidəçilərin regiona gəlməsini qəbul etmişdi.

Lakin bu kampaniya məsələnin yalnız bir tərəfidir. Bu bəyanatlar verilərkən bölgənin haqlı olaraq öz gələcəyi ilə bağlı narahat olan erməni əhalisi yenidən açılan Ermənistan-Qarabağ dəhlizi vasitəsilə dərhal Ermənistana qaçmağa başlamışdı. Rəqəmlər dəqiq olmasa da, müharibədən əvvəl təxminən 120 min erməninin yaşadığı bölgədən köçənlərin sayının 110 mini keçdiyi deyilir. Yəni bir xalq nəsillər boyu ev bildiyi, vətən bildiyi torpaqlardan ayrı düşür ya da buna məcbur edilir. Prosesin bütövlükdə necə cərəyan etdiyini detallı formada başa düşmək ən azı hələ mümkün deyil. İki əsas ehtimal var. Azərbaycan qüvvələri aşkar formada və ya böyük ehtimalla, üstüörtülü şəkildə erməni əhalisini bölgəni tərk etməyə təşviq edir. Bu vəziyyətin açıq-aşkar etnik təmizləmə olduğu şübhəsizdir. Əgər ikinci ehtimal doğrudursa, yəni Azərbaycan tərəfi Qarabağı boşaltmaq üçün xüsusi təşəbbüs göstərmir və yalnız dəhşət içində qaçan əhalini kənardan izləyib bölgənin ermənilərdən təmizlənməsinə göz yumursa, bu da eyni nəticələri doğurur. Bu halda Azərbaycan 1948-ci ildə Nəkbə, yəni böyük fəlakət əsnasında yerindən-yurdundan didərgin düşən Fələstin xalqının öz kəndlərini və şəhərlərini tərk etməsini “biz gedin demədik, onlar özləri getdi” kimi şərh edən İsrailin yolunu gedir.

Mövzunu nahaq yerə İsrailə gətirmirik. Müharibə Qarabağın erməni qüvvələri və Azərbaycan arasında baş tutsa da, Azərbaycan tərəfi sionist İsrailin satdığı dronlarla və bizim istibdad rejiminin göndərdiyi silahlarla döyüşüb. Elə görünür ki, Əliyev xüsusilə sionizmlə olan münasibətləri məsələsində həya hissini də itirib. Həm yuxarıdakı foto, həm də İsrail dronlarının yanında şad-xürrəm çəkdirdiyi fotoşəkillər bunun göstəricisidir. Biz düşünmürük ki, tarixdə sionizmin silahı ilə aparılan haqlı mübarizə nümunəsinə rast gələ bilək. Sionizmin həmin silahları, illərdir ki, Myanmanın rohincalı müsəlmanlarına və Fələstinin qəhrəman xalqına qan uddurur. “Türk qardaşlarımız qalib gəldi” fikri ilə erməninin dərdinə gülən ya da bir xalqın yersiz-yurdsuz qalmasına laqeydliklə baxan türk zəhmətkeşi özünə bu sualı verməlidir: Azərbaycan belə haqlı idisə, bu müharibədə niyə İsrailin top-tüfəngi ilə vuruşdu? Bəs sionistlərin dronları ilə şəkil çəkdirən Əliyevə nə deyək?

Bir az da irəli gedərək sual vermək lazımdır ki, sionistlər Azərbaycanı silahlandırmağa necə qərar verdilər? Sionizmin top-tüfəngi məgər havayıdır ki, hər istəyən faydalansın? Əliyev istibdadı sionizmin silahlarından faydalanmağın əvəzini bir sıra formalarda ödəyib. Bu gün Azərbaycanın hava sahəsi İsrailin istifadəsinə bütünlüklə açıqdır. Kəşfiyyatdan təxribata qədər müxtəlif məqsədlərlə, sionistlər Azərbaycandan başlıca olaraq İran əleyhinə bir qərargah kimi istifadə edir. Üstəlik İsrail Azərbaycanın 2020-ci il müharibəsi ilə ələ keçirdiyi Zəngilanda “ağıllı kənd” quracaqmış. “Xeyir ola, ağıllı kənd haradan çıxdı belə?” deməyin. Zəngilan İran sərhədindən iki addımlıq məsafədədir. Sionistlərin “ağıllı kənd” dedikləri bu şəhərciyin İsrailin İran əleyhinə dinləmə və nəzarət mərkəzi olduğu hər kəsə məlumdur. Bu dinləmə sisteminin məqsədi isə bu gün Fələstin mübarizəsinin ən mühüm hərbi dəstəkçisi olan İranın hər addımına (Fələstinə silah göndərmək də daxil olmaqla) İsrail tərəfindən nəzarət edilməsidir. Bütün bunlar abzasın əvvəlində soruşduğumuz sualın cavabını verir. Yəni Əliyev Sionizmin top-tüfənginin əvəzində tarixi fəhlə sinfinin hakimiyyəti də daxil olmaqla, qəhrəmanlıqlarla dolu olan Azərbaycanı Fələstin xalqı əleyhinə sionistlərin casusuna çevirir. Əziz fəhlə yoldaşım, sən de görək, Azərbaycanın alnına bu qara ləkəni vuranların qələbəsinimi qeyd edək?