17 Dekabr 2022 günü etibarı ilə İranda inqilabi bir vəziyyət yaradan xalq üsyanının üçüncü ayı tamam oldu. Kürd gənc qadın Jina Mahsa Əmini 13 sentyabr günü, türkcə yayğın olaraq istifadə edilən “Əxlaq polisi” və ya irandakı adı ilə İrşad Polisi tərəfindən nəzarətdə alınmış, 3 gün sonra, yəni 16 Sentyabr günü həyatını itirmişdi.
17 Sentyabr günü İran xalqı zəncirlərindən azad oldu.
İran xalqı bütün ünsürləri, farsı, kürdü, türkü, ərəbi, bəluçu, xüsusilə ən qabaqda qadınları ilə küçələrə, meydanlara axın etdi və “Artıq kifayətdir” dedi. O vaxtdan bu yana İran arı yuvası kimi fəaldır. Artan təzyiqlərdən, soyuqqanlı qətl karakteri daşıyan edamlardan, yaxud rejim tərəfindən edilmiş güzəştlərdən asılı olmayaraq insanlar evlərinə qayıtmırlar.. Çünki xalq rejimin devrilməsini istəyir.
İranda yaşanan proses sadəcə İranın gələcəyinin müəyyən etməyəcək, eyni zamanda bütün Yaxın Şərqin və Şimal Afrika məntəqəsini və Türkiyənin də gələcəyinə təsir edəcək. Xüsusi olaraq Türkiyə bu hadisələrdən böyük məxrəcdə təsirlənəcək. İran və Türkiyə yalnız 500 kilometrlik sərhədi deyil, həmçinin böyük tarixi və mədəni mübadiləni, İslamçılıq və dünyəvilik (sekulyarliq) sahəsində fərqli karakterdə, amma ortaq bir problemi və nəhayət ki, Kürd məsələsini bölüşürlər. İran yaxın şərqdə bir respublikaya “İslam Republikası” adını verən ilk və tək dövlətdir. Bu xüsusiyyəti ilə 1979-cu ildən sonra islamcı hərəkatın yüksəlməsində bütün bu məntəqədə çox əhəmiyyətli təsirə sahib olmuşdur. İndi isə rejim böhran içinə girdiyi üçün bunun əks hərəkət istiqamətində olan təsirləri də böyük olacaq.
İnqiliabçı İşçi Partiyası (Devrimci İşçi Partisi) adından inqilabi yüksəlişə sarı hərəkət edən xalq üsyanının üçüncü ayına görə İran xalqını ləyaqətli və qəhrəmanca mübarizəsi səbəbilə təbrik edirik. Müzəffər inqilabi addım ilə həmrəylik elan edirik. Bu həftə sonu (17-18 dekabr) “Gərçək” qəzetinin internet ünvanı İranın inqilabi üsyanını diqqət mərkəzinə çıxaran bir dosye yayımlayacaq. İran xalqının və qadınının üsyankar ruhunu daşıyan yeni inqilabi mahnının, Türkiyənin başına bəla olmuş istibdadın hər eşitdikdə titrədiği, insanlığın büyük sənətinin misallarını paylaşacağıq.
Həmin yazılar silsiləsindən paylaşılan ilk mətni təsadüfi deyil ki, İranlı bir qadın yoldaşımızın - Bəhnaz Təbrizinin yazısı təşkil edirdi. Bu gün İnqilabçı İşçi Partiyasının bəyanatı ilə davam edirik.
Bir xalqın özünü irticaçı bir rejimin qəddar təzyiq güclərinin qarşısına bu gün İran xalqının etdiyi kimi ata bilməsi tarixdə az rastlanan bir haldır. Düz 3 aydır qadınlar və gənc qızlar, hər yaşdan kişilər, onların böyükləri və ailələri, fəhlə və zəhmətkeşlər, İranın kasıb insanları İnqilab Keşikçiləri və Bəsiclərin nəzarətsiz zorakılığına qarşı tərəddüdsüz mübarizə aparırlar. Hələ indidən əhəmiyyətli bir hissəsini uşaq və gənclərin təşkil etdiyi 500 nümayişçi öldürülüb, iki inqilabçı asılıb, digərlərinə isə həbs cəzası verilib, 20 minə yaxın insan həbsə atılıb, mənfi şöhrətli Evin həbsxanası və bir çox başqa oxşarsız cəzaçəkmə müəssisələrində dünyadan təcrid edilərək işgəncəyə məruz qalıblar.
Bütün bunlara baxmayaraq, üsyanın ruhu canlı olaraq qalır. Bu vəziyyət 1979-cu ildən hakimiyyətdə olan İran İslam Respublikası adlı bu zalım rejimi təhdid etməkdə davam edir. İran Kürdüstanından olan 22 yaşlı gənc qadın Jina Mahsa Əmininin hicabının “uyğunsuz” olduğu səbəbilə “İrşad” adlanan polis tərəfindən saxlanılaraq öldürülməsi iranlı qadınları qəzəbləndirib. Sentyabrın 13-də nəzarətə alınan Əmini sentyabrın 16-da dünyasını dəyişib və xalq dərhal sonra sel kimi küçələrə, meydanlara tökülüb. İranın bütün əsas bölgələrinin iştirakı ilə, təxminən 160 əyalətdə farsların məskunlaşdığı mərkəzi bölgələrdən şimalda türklərə, şimal-qərbdə Rojhilatdan şərqdə Bəlucistana və qərbdə ərəb sıxlığının olduğu Xuzistana qədər, hətta İranın şiə təriqətinin mənəvi mərkəzi sayılan Qum şəhərində insanlar bu qəhrəmancasına mübarizədə iştirak ediblər. Digər zamanlarda bir-birini günahlandırmağa meylli olan İran xalqları arasında həmrəylik üçün tarixi əhəmiyyətli addımlar atılıb. Bir qrup fəhlə sinfi təşkilatı İran Kürdüstanında xalqın məruz qaldığı davamlı hücumlara qarşı xalqla açıq həmrəylik nümayiş etdirərək birgə bəyanat yayıb.
Təcrübədə çoxlu nailiyyətlər əldə edilmişdir. Bunların arasında ən vacibi bir çox şəhərlərdə gənc qadınların əzmkarlığı nəticəsində icbari hicab tətbiqində əldə edilən nailiyyətlər oldu. Bu münasibət hicab taxmağa davam edən və onlardan daha dindar olan, lakin gənclərin öz seçimlərinə hörmətlə yanaşan qohumlar, xüsusən də ana və nənələrdən dəstək gördü. Məhz bu vəziyyət İrandakı bu hərəkatın İslama qarşı deyil, məcburi inanclara və cəmiyyətin bir hissəsinin öz dini inanclarını və ibadət formasını bütün cəmiyyətə sırımasına qarşı olduğunu aşkar formada sübut edir. İran qadınları və onlarla döyüşən kişilər öz həyatlarını riskə ataraq azadlıqları uğrunda mübarizə aparırlar.
Lakin onun müəyyən etdiyi qaydalara qarşı göstərilən ən kiçik itaətsizliyə belə amansızcasına cavab verən bu rejimə qarşı ayağa qalxan cəmiyyətdə bu nailiyyət belə hərəkatın sürətini azaltmadı. Ərəb xalqları 2011-ci ildən bəri hər dəfə ayağa qalxanda dedikləri kimi, İran xalqı rejimi devirmək istəyir!
Kütləvi hərəkatın qarşısındakı imkanlar
Bu, yəqin ki, Misir inqilabından sonra Yaxın Şərqdə ən müntəzəm kütləvi hərəkatdır. Bu hərəkat Təhrir meydanının izi ilə gedən digər inqilablar kimi meydanları zəbt etmədi. İndi davam edən bu hərəkat partizan üsulu hücum tipli xırda nümayişlərə üstünlük verirdi. Beləliklə, İnqilab Keşikçiləri (Pasdaran) və onun hərbiləşdirilmiş qolu olan Beşiçə qarşı qaçılmaz itkilər minimuma endirilməyə çalışıldı. Hərəkatın coğrafi miqyası və kütlələrin müqaviməti digər inqilabi böhranlarda olduğu kimi böyük meydanlarda günlərlə davam edən müntəzəm nümayişlərin bu misal üçün qeyri-mümkünlüyünü kompensasiya etdi.
İran hərəkatı mövcud nizama qarşı şiddətli reaksiya nəticəsində ortaya çıxan, lakin bu nizamı devirəcək subyektiv şərait yarada bilməyən xalq üsyanının və ictimai quruluşun mərkəzində yerləşən, istismarçı və avtoritar ictimai quruluşu ayaqda saxlayan qüvvələrə qarşı mübarizə aparan bir inqilabın ortasında qərar tutub. Bu hərəkatın tam inqilaba çevrilməsi rejimlə qarşı-qarşıya gələcək və onu həqiqətən devirmək təhlükəsi yaradacaq təşkilatların formalaşmasından asılıdır. Amma bəlkə də ən önəmlisi İran İslam Respublikasını devirməyi hədəfləmiş keçmiş hərəkatların qarşısında ən böyük maneə olmuş olan - qondarma rejimin “islahatçı” qanadı ilə bağlı kütlələrdə hər hansı bir kiçik illüziyasının olmamasıdır.
Eyni zamanda, başqa bir müstəsna hadisəyə də diqqəti cəlb etməliyik: 2009-cu ildən bəri baş verən üsyanlardan fərqli olaraq, bu dəfə həm siyasi hakimiyyətin özündə, həm də rejimin nümayiş etdirdiyi vəhşiliyə şübhə ilə yanaşan müxalif ünsürlər arasında ciddi bir narahatlıq və tərəddüd müşahidə olunur. Bu, bir inqilabın inkişafında vacib bir elementidir.
Bu günlərdə İranın kütləvi hərəkatını sadəcə qadın hərəkatı kimi təsvir etmək olduqca geniş yayılmış haldır. Bunu təkcə kənardan müşahidə edənlər yox, bir çox iranlı şərhçi də belə görür. Bu yanaşma hərəkatın əsl mahiyyətinə ziddir. Qadınlar yüksəlişin ilk xəbərçiləri olsalar da və hələ də hərəkatın başında cəsarətlə dayansalar da, hərəkat kişi və qadınların hər birini ehtiva edən qarışıq bir formaya bürünüb.
“Zalıma ölüm, istər şah olsun, istər rəhbər”!
Təbii ki, qiyamın nəticələri ilə bağlı ciddi təhlükələr var. 1920-ci illərdən etibarən İran uzun bir qərbləşmə və Qərb imperialist cinahın bir hissəsinə çevrilmə prosesini yaşayıb. Xüsusilə müharibədən sonrakı dövrdən 1979-cu ilə qədər olan otuz illik dövrdə. Elə buna görə də İran burjuaziyasının molla diktaturası altında yaşamaqdan imtina edən bir hissəsi var idi ki, onların əksəriyyət inqilabdan sonrai xaricdə, xüsusən də, ABŞ, Kanada, İngiltərə və Almaniyada yaşamağı seçdi. 1980-ci illərdə yox olmaq təhlükəsi ilə xaricə qaçan sol azlıq istisna olmaqla, bu mühacirlərin maraqları imperialistlərin İranı yenidən işğal edib eyniylə Müsaddiqin bir çevrilişlə devrilməsindən sonra hakimiyyətə gətirilən Rza şahın 30 illik hakimiyyəti dövründə olduğu kimi İranı Orta Şərqdə imperialist hakimiyyətin bir qalasına çevirmə xəyallarıyla kəsişir. Əgər İran İslam Respublikası ictimai qəzəb qarşısında süquta uğrayarsa, bu mühacirlərin hakimiyyət üçün oynamağa kifayət qədər pulları, təşkilati strukturları, intellektual imkanları və istismar həvəsləri var.
“Zalıma ölüm, istər şah olsun, istər rəhbər” şüarı göstərir ki, xalq hərəkatı hələlik imperializmin üstünlük verdiyi bu həll yoluna etibar etmir. Yalnız mollalar və üsyançılar bir-birini tükənmə həddinə çatdırdıqda imperialistlərin yeni qüvvələri çıxış yolu tapmaq imkanı əldə edə bilər. Bu səbəbdən İran kütlələri və ölkədəki proletar qüvvələri əslində eyni anda iki düşmənlə vuruşurlar.
Yaxın Şərq və Şimali Afrika və onun hüdudlarından kənarda əsaslı dəyişiklik
İran üsyanının beynəlxalq nəticələri kifayət qədər əhəmiyyətli görünür. Yəqin ki, ən mühüm nəticə islamçı hərəkatın taleyində baş verən dəyişiklik olacaq. İslam Respublikasının 1979-cu il inqilabı zamanı qələbəsi Əfqanıstanda baş verən hadisələrlə yanaşı, son dörd onillikdə islamçılığın beynəlxalq sahədə yüksəlişin əsas səbəbi oldu. İran İslam Respublikasının taleyinin dəyişməsi təbii ki, bu vəziyyətin tərsinə çevrilməsinədə böyük rol oynayacaq.
İranın imperialist düşərgəsinə qayıtması qüvvələr nisbətini imperializmin xeyrinə dəyişəcək, çünki bir tərəfdən İran təkcə regionda deyil, bütün Avrasiya coğrafiyasında Rusiya və Çinin etibarlı müttəfiqidir, digər tərəfdən isə, dövlətlər səviyyəsində sionizmin ən güclü düşmənidir.
Nəhayət, İranda inqilab uğur qazanarsa, bu, təkcə Yaxın Şərq və Şimali Afrikada deyil, bütün dünyada böyük təsir gücü yaradacaqdır.
İran kütlələri ilə həmrəy olaraq irəli!
İran dərin böhran içərisindədir. Beynəlxalq fəhlə hərəkatı bu vəziyyətin ciddiliyinə hələ də uyğun münasibət göstərə bilməyib. Düşmən isə əksinə, vaxt itirmir. İran mühacirləri hərəkatı imperializmlə tərəfdaşlığa cəlb etmək üçün çoxsaylı fikirlər yaradır və imperialist ölkələrini İrandakı kütləvi hərəkatın mübarizəsinə daha çox müdaxilə etməyə çağırırlar. İmperialist ölkələrin özləri də boş oturmurlar. Makron bu yaxınlarda İranı Qərb imperializminə tabe etmək istəyən “fikir liderləri” ilə görüş keçirdi. BMT-də keçirilən son səsvermədə İranın qadın haqları qrupundan çıxarılması mütərəqqi bir addım deyil, tam əksinə imperializmin xeyrinə atılmış addım idi.
Beynəlxalq sol bu böhrana İran xalqının qətiyyətini gücləndirəcək və kütləvi hərəkatın üsyanı uğurlu bir inqilaba çevirəcək şəkildə təşkilatlamdırmasına kömək edəcək formada reaksiya vermədi.
Biz İran xalqına birmənalı mesaj veririk. DİP öz dini inancını və ibadət tərzini məcburən bir qayda kimi tətbiq edən dövlət idarəçiliyinə qarşı mübarizədə İran qadınları ilə tam həmrəydir. DİP İran gənclərinin mollaların onlarına qarşısına qoymuş olduğu boğucu həyata qarşı mübarizəsində onlarla həmrəydir.
DİP İranın bütün millətləri ilə həmrəydir ki, onlar şah dövründə olduğu kimi indi mollalardan da əziyyət çəkirlər. DİP Rojhilat (İran Kürdüstanı) xalqı ilə xüsusi həmrəylik nümayiş etdirir, çünki kürdlər təkcə İranda deyil, digər üç qonşu ölkədə, İraq, Suriya və Türkiyədə də təqiblərə məruz qalıblar. Eyni zamanda çoxlu övladını itirmiş Baluc xalqı ilə həmrəyik.
DİP insan ləyaqəti, azadlıq və çörək uğrunda mübarizə aparan bütün İran xalqı ilə həmrəydir.
Və hər şeydən əvvəl, DİP İran fəhlə sinfi ilə və həmin fəhlə sinfinin bütün imkanını aşkara çıxarmaq üçün kütləvi üsyanı inkişaf etdirməyə çalışan fəhlə sinfinin öncülləri ilə həmrəydir
Biz bütün beynəlxalq sol və işçi hərəkatını İran hərəkatı ilə daha güclü həmrəy olmağa çağırırıq. Biz Türkiyədəki solçu təşkilatları və sinfi mübarizə aparan birlikləri İran fəhlə sinfinə yardım əlini uzatmağa dəvət edirik. Biz öz vətənlərində və dünyada insanlığın rifahı üçün mübarizə aparan hər kəsi İran xalqına əllərindən gələni etməyə çağırırıq. Yalnız bu yolla imperializmin, sionizmin və İran mühacir burjuaziyasının, xüsusən də keçmiş şahın varislərinin tərəfdarlarının hiylə və fəndlərinə qarşı çıxa bilərik.
Bu andan etibarən biz digər ölkələrdəki qardaş partiyalarımızla birlikdə İranın kütləvi hərəkatının qələbəyə çatması üçün əlimizdən gələni edəcəyik.
17 dekabr 2022-ci il