Siyasi məzmunlu məhkəmələrdə irəli çıxan, inqilabçıların, kürdlərin, qadınların, fəhlələrin, məzlumların vəkili, İnqilabçı Fəhlə Partiyasının (türkcə “Devrimci İşçi Partisi”) üzvü, yoldaşımız Şiar Rişvanoğlu dünən (16 oktyabr) axşam saatlarında avtomobilinin üzərinə qoyulan bir qeydlə bir daha hədə-qorxuya məruz qalıb. 2020-ci ildə də hüquq bürosunun pəncərəsi qırılmış, təcavüzkarlar içəri hədələmə məzmunlu məktub atmışdılar. Adana Vəkillər Kollegiyası Ümumi Yığıncağından sonra yoldaşımızın avtomobilinə zərər verilib və maşının pəncərəsinə Türk İntiqam Briqadası imzalı bir hədə-qorxu mesajı qoyulub. Türkiyə faşizminə yaraşan bu qorxaq və alçaq təhdid qarşısında yoldaşımızın yanındayıq!
Yoldaşımıza yönəlmiş bu təhdid onun Adana Vəkillər Kollegiyası Ümumi Yığıncağındakı çıxışında Polonez fəhlələri başda olmaqla istismara qarşı mübarizə aparan bütün fəhlələrə, kəndlilərə, sionist soyqırıma uğrayan Fələstin xalqına və məzlum kürd xalqına dair həmrəylik ifadələrindən sonra baş vermişdir. Yoldaşımız Ümumi Yığıncaqda Vəkillər Kollegiyasına İncirlik və Kürecik hərbi bazalarının bağlanılması və Türkiyədən İsrailə neft ixracının dayandırılması haqqında bir qərar qəbul edilməsi üçün təklif vermişdir. Faşistlər bu həmlələrində “müdafə etdiyin o Polonez-molonez fəhlələri səni xilas edə bilməz” kimi təhdid cümlələri ilə sahibkarların çirkli işlərini görən fəhlə düşməni bir aparat, “bayraqlı-mayraqlı Fələstin şouları ilə, böyük-böyük imperializm, sionizm sözləri ilə özünü kamuflyaj edə bilməzsən” kimi cümlələrlə də sionizmin və imperializmin əlaltısı və müstəmləkəçiliyin fədaisi olduqlarını bir daha sübut etmişlər. Bundan əlavə bu həmlə burjuaziyanın saxta açılımının da (“çözüm prosesi”) imperializmin və sionizmin formalaşdırmağa çalışdığı regional vəziyyətə şərik olmaq uğrunda mübarizəsinin bir hissəsi olduğunu, hazırkı hökumətin ortağı olan faşistlərin kürd xalqına və onun dostlarına qarşı hücumlara ara verməyəcəyini də bir daha göstərməkdədir.
Yoldaşımız çox gənc yaşından bu günə qədər, müəyyən mərhələdən sonra vəkil kimi də bu ölkədə fəhlə sinfinin və məzlumların yanında olmuş, burjuaziyanın və onun əlaltısı olan faşistlərin məğlubiyyəti uğrunda mübarizə aparmışdır. Bir dövr Adanada fəhlə və zəhmətkeşlərin qəzəbi ilə kürd xalqının dinamizmini özündə birləşdirəcək bir seçki kampaniyası apararaq dövlətin və burjuaziyanın yuxularını qaçırmışdır. Hədə-qorxulara heç vaxt boyun əyməmiş, mübarizəsində geri addım atmamışdır.
İnqilabçı Fəhlə Partiyası olaraq yoldaşımızın yanındayıq. Bu alçaq təhdidlər mübarizəmizin kimlərin rahatlığını pozduğunun göstəricisidir. Bu hədə-qorxular bu günə qədər olduğu kimi bundan sonra da həm yoldaşımız Şiar Rişvanoğlunu, həm də bizi qorxutmayacaq. Fəhlələrin birliyi və xalqların qardaşlığını müdafiə edən, imperializmə və sionizmə qarşı ürəyi Fələstin xalqı ilə döyünən, qadınların və bütün istismara məruz qalanların bərabər şəkildə və azad yaşayacağı bir dünya uğrunda mübarizə aparan hər kəsi yoldaşımız Şiar Rişvanoğlu ilə həmrəyliyə dəvət edirik!
Məhv olsun faşizm!
Məhv olsun istibdad, yaşasın azadlıq!
Yaşasın fəhlələrin birliyi və xalqların qardaşlığı!
17 oktyabr 2024
İnqilabçı Fəhlə Partiyası Mərkəzi Komitəsi