Dünya kapitalizminin qəlbində göylərə qaldırılan Capitol Hill məhəlləsinin MAGA (Amerikanı Yenidən Güclü Edək) faşistləri tərəfindən işğal olunması hadisələri bu günləri ucadan xəbər verən bir prosesin məhsuludur. Tramp Məğrur Oğlanlar adlı sağçı bandaya “arxada, amma hazır dayanın” demişdi. İndi onlar irəli çıxaraq öz qoruyucularını, protofaşist Trampı qoruyurlar.
Bundan əvvəl dəfələrlə demişdik: Küçələrdə və sonradan güc mərkəzlərində təsirini artırmaq üçün təşkil olunan o barbar hərəkat, faşizm sülh içərisində və seçki yolu ilə məğlub edilə bilməz. ABŞ Konqresindəki səhnələr bir növ vətəndaş müharibəsinin başladığını göstərir, hər nə qədər bu müharibə, bəlkə də, bir gündən ibarət olsa da. Bu hadisənin baş verməsinə baxmayaraq, qəflət yuxusundan ayılmayanlar insanları faşizmin pəncəsinə sürükləməkdə israr edərək kapitalist-imperialist sistemin islah olunmaz nökərləri olduqlarını göstərmiş olacaqlar.
İnqilabçı Fəhlə Partiyası amerikan xalqı ilə həmrəylik içərisində bütün fəhlələri və mübarizləri zülmə qarşı birləşərək Tramp və MAGA faşistləri əleyhinə mübarizəyə kömək olmağa çağırır. Bu mübarizəni yalnız və yalnız fəhlələr, afroamerikalılar, Amerikanın məzlumları və bu yay qəhrəmancasına “Qaradərililərin da Həyatı Əhəmiyyətlidir” mitinqlərini bütün sistemdən tam müstəqil şəkildə həyata keçirən bütün irqlərdən gənclər təşkil edə bilərlər.
Tramp və MAGA-ya qarşı zəruri bütün vasitələrdən istifadə edərək döyüşmək lazımdır!
DİP
(İnqilabçı Fəhlə Partiyası)
Türkiyə
6 yanvar 2021-ci il