Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Burjuaziya Azərbaycanla Ermənistan arasında müharibəni alovlandırır

 

 

Azərbaycan və Ermənistan xalqının 8000-ə yaxın itki verməsi ilə nəticələnən İkinci Qarabağ Müharibəsinin bitməsindən sonra 10 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan tərəfləri arasında üçtərəfli atəşkəs bəyanatı imzalandı. “10 noyabr” Bəyanatı adlanan bu bəyanatın post-müharibə sonrası konyunkturanı tənzimləklə yeni geosiyasi reallığı müəyyən etməsi gözlənilirdi. Üzərindən uzun müddət keçmədən bəyanatın sülhü yaratmaq və sabitliyi təmin etməkdən nə qədər uzaq olduğu aydın oldu. Nəticədə burjuaziya başlatdığı müharibəni bu bəyanatla nəinki sonlandırmadı, əksinə, müqavilə post-müharibə sonrasında gərginliyin əsasını təşkil etməklə  burjuaziyanın millətlərarası sülhdə maraqlı olmadığını da sübuta yetirdi. Bağlanmasından 3 il sonra hal-hazırda bəyanat bir sıra münasibələri hələ də tənzim etsə də, ümumilikdə  kağız parçasından başqa bir şey deyil. 

Bəyanatın 9-cu maddəsi ilə  Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9. maddə:

 

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

 

Bəyanatın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın Dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır.

Lakin bu maddə də əksər digər maddələr kimi praktikada tətbiq olunmamış, müharibə sonrasında  Azərbaycan və Ermənistan cəbhəsində sərhədboyu davam edən gərginliklərin əsası olmuşdur. İşin əsli bundan ibarətdir ki, hər dövlət bəyanatın bu maddəsini öz mənayefinə uyğun şəkildə şərh edir. Məsələn, Ermənistan tərəfi 9-cu maddədə Zəngəzur dəhlizinin nəzərdə tutulmadığını, sadəcə olaraq mövcud blokadanın aradan qalxmasının nəzərdə tutduğunu iddia edirsə, Azərbaycan tərəfi Ermənistanı saaziş üzrə öhdəliyi icra etməməkdə ittiham edir. Ermənistan tərəfi Zəngəzur dəhlizinə qarşı Dağlıq Qarabağın statusu məsələsini qoyur və qeyd edir ki, saaziş üzrə yalnız bir dəhliz mövcud ola bilər – Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək olan Laçın dəhlizi. Zəngəzur dəhlizinin qırmızı xətt hesab edən Ermənistan  İlham Əliyevin “Zəngəzur dəhlizi Ermənistanın razılığı ilə baş tutmayacaqsa, onun ərazilərində onun iradəsi ziddinə, zorla baş tutacaq” açıqlamasından sonra Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə qəsddə ittiham edir. Təsadüfi deyil ki,  müharibədən  sonra baş tutan döyüşlərin birində o cümlədən beynəlxalq mətbuat tərəfindən də Azərbaycanın Ermənistan ərazisinə soxulması xəbərləri tirajlanırdı.  

Həmçinin Ermənistan tərəfi iddia edir ki, Zəngəzur dəhlizi ilə Ermənistanın Cənubla əlaqələri kəsiləcək, ermənilərin İrana gediş-gəliş üçün rəsmi Bakıdan icazə istəmələri lazım olacaq. Burada nəzərə alınmalıdır ki,İran Ermənistanla ən qısa sərhədə malik ölkədir. 

Bir digər tərəfdən Azərbaycan mediası, o cümlədən Türk mətbuatının iddiasına görə, Zəngəzur dəhlizinin qarşısında ən böyük maneə məhz İrandır. Rəcəb Tayyip Erdoğan hələ bir ay deyil ki, bu məsələ ilə bağlı rəsmi Azərbaycan səfərindən qayıdarkən “Zəngəzur dəhlizi Ermənistan yox, İranla bağlı bir problemdir” ifadələrini istifadə edib. İran tərəfi isə Ərdoğanın bu ifadələrinə qarşı, belə bir mövqeyinin olmadığını bildirərək, qeyd edir ki, “İran, sadəcə olaraq, Ermənistanla olan sərhədinin başqa bir ölkənin nəzarətinə keçməsinə qarşıdır”. “Hamaney”in Ərdəbil təmsilçisi Seyyid Həsən Əmilli qeyd edib ki, bu, həm də Ermənistann öz problemidir. “Əgər Ermənistan bundan imtina edərsə, İran Naxçıvanla əlaqə üçün Azərbaycana mümkün ən yaxşı yolu təklif etməyə hazırdır”. Çıxışın sonunda Zəngəzur dəhlizi ilə bağlı ən kritik məqam isə bundan ibarət olub: “Amma Azərbaycan biz iletişim yox, mülkiyyət istəyirik deyirsə, bu, beynlxalq hüquqa ziddir” . Burada xatırlatmaq yerinə düşər ki, müharibəyə qədər Azərbaycan və Naxçıvan arasında quru əlaqəsi İran vasitəsilə təmin olunub. Hal-hazırda isə bu yollar Azərbaycan tərəfinin iradəsi ilə bağlı olduğundan istifadə edilmir. 

Yekun olaraq, göründüyü kimi, bu məsələnin həlli ilə bağlı bir neçə kritik faktor mövcuddur və məsələnin ordinar həlli mümkün görünmür. Hər iki ölkə politoloqları yaxın tarixdə “3-cü Qarabağ Müharibəsi”nin qaçılmazlığından danışır. İndiyə qədər post-müharibə dövründə cəbhə xəttində intensiv baş tutan lokal döyüş əməliyyatları bu proqnozun əsassız olmadığının sübutu hesab oluna bilər. Hal-hazırda Zəngəzur dəhlizinin inşası yekunlaşmaq üzrədir. Bu məqamda dəhlizin inşası yekunlaşdıqca regionda yeni münaqişə və döyüşlərin başlamasını ehtimal etmək çətin deyil. Ki, bəyanatın bağlanmasından sonra indiyə qədər bu və digər məsələlələrlə əlaqədar cəbhə xəttində daimi bir gərginlik mövcuddur. Keçən ilin sentyabr ayında  (12-14 sentyabr) “Sentyabr döyüşləri” olaraq anılan döyüşlərdə təkcə Azərbaycan və Ermənistan proletariatı ümumilikdə 2 gün ərzində 284  şəhid vermişdir.  Bundan başqa dinc dövrlərdə də hər iki ölkə üçün cəbhədən demək olar ki, mütəmadi olaraq intihar və şəhid xəbərləri gəlir.Bu mətnin yazıldığı tarix etibarilə bir Azərbaycan sərhədçisi intihar etmişdir. 

Beləliklə, aydın olur ki, müharibə sonrası bağlanan “10 noyabr” Bəyanatı regionda iki xalq arasında sülhü təmin etməkdə acizdir. Hər iki ölkənin burjua müxalifətinin iddia etdiyinin əksinə olaraq, bu, təkcə həmin ölkələrin mövcud siyasi hökümətlərinin bacarıqsızlığı ilə əlaqəli bir durum deyil. Həm müharibə, həm post-müharibə dövründə burjua müxalifətinin ortaya qoyduğu mövqe və davranışlar bunu sübut edir. Regionda sülhün təmin olunması üçün burjua formulları bir işə yaramır. Üfüqdə yeni və daha güclü müharibənin göründüyü bu günlərdə Ermənistan və Azərbaycan xalqının proletar internasionalizminə ehtiyacı həmişəkindən daha böyük, daha təcilidir.