Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

“Bakı bolşevikləri”ndən Fazil Mustafaya CAVAB

Sosialist Elm from Azerbaijan, which is a Revolutionary Marxist group that is in close collaboration with RedMed, published an article as a reply to an MP who complained about Bolsheviks becoming active in the country. We publish the article from their website in Azerbaijani. 
 

Dünyanın hal-hazırda yaşadığı əzablı dövrdə, kapitalizmin məhv etdiyi həyatlar uzaqda görsənən işıqlı dünya üçün daha sərt addımlamaq lazım olduğu fikrini qəbul edir və bu yolda mübarizəyə davam edir. İmperializmin dərin böhranda olan siyasəti dünyanı qan gölünə çevirmiş, xalqları daha da dərin səfalətə məhkum etmiş, kapitalizmin iqtisadi böhranı bütün dünyanı öz ovucuna almışdır.

90-cı illərin başlarında burjua ideoloqları boşboğazlıq, həmrəyliklə eyni sözləri bağırır və təkrarlayırdılar: “Marksı rəflərdən götürmək lazımdır”1 “İşçi mübarizəsi artıq canını tapşırmışdır” “Tarixin sonu gəlib çatmışdır”2. Sonradan Marksı öldürmək istəyən postmodernistlər və postanalizçilər yəni, böyük J. Derrida və Richard Rorty öz fikirlərindən geri durdular, işçi sinfi öz gücünü göstərərək hələ də tarixin sonunun gəlib çatmadığını, siniflər mübarizəsi tarixinin hələ də davam etdiyini sübut etdi. Dünyanın hər tərəfində baş verən siyasi hadisələr, işçi hərəkatları gün keçdikcə gələcəyə olan ümidimizi artırmaqdadır. Buenos Ayresdən Lyona, Lyondan Manilaya, Maniladan Santiaqoya və dünyanın hər yanından gün keçdikcə yeni xəbərlər eşidir, işçilərin ayaq səslərini güclü şəkildə duyuruq. Təbii ki, bu ayaq səsləri bütün burjua sinfini, ideoloqlarını və onların əlaltılarını qorxutmaqdadır.

Son vaxtlarda ölkəmizdə baş verən siyasi hadisələr, dünyada baş verən hadisələrdən təcrid olunmamışdır. İşçi sinfi oyanır və ölkəmizdə yenidən “ilk” addımlarını atmağa çalışır. Belə olan təqdirdə, əlbəttə yuxarı sinfin ideoloqları da buna münasibət bildirmək məcburiyyətində qalırlar.

Dünən səhər, xəbər portalı kimi fəaliyyət göstərən teleqraf.com-da, deputat Fazil Mustafadan götürülən bir müsahibəyə yer verilmişdi. Müsahibənin başlığı məhz belə idi : “Bakı bolşevikləri fəallaşır: Azərbaycanı nə gözləyir?”. Müsahibənin başlığında çox gözəl yazıblar ki, Azərbaycanda bolşeviklər (əslində bildirmək istədikləri şey: işçilər və onların mübarizəsini özünə yol seçmiş olanlar) fəallaşır. Bəli, biz daha fəal bir şəkildə mübarizəyə qoşuluruq, günü-gündən pisləşən həyat şəraitimizi yaxşılaşdırmaq, həmkarlar ittifaqlarımızı qurmaq üçün çalışırıq, ən əhəmiyyətlisi isə işçi sinfinin inqilabi partiyasını qurmaq üçün mübarizə aparırıq. Bəs belə olan zaman Azərbaycanı nə gözləyir? Azərbaycanı gözləyən yeganə şey azadlıqdır! Hamı üçün azadlıq!

Tarixi təcrübə göstərir ki, xalqa, əməkçilərə qarşı inamsızlıq yalnız qorxaqlara, yaltaqlara və “solçu” pessimistlərə məxsusdur. Həqiqi bolşevik-leninist tarixdən, onun inkişaf qanunlarından və praktiki faktlardan öyrənir ki, mübarizə bugündən başlamalıdır. Bizim ölkəmizin nə qədər qəhrəmanları vardır! Necə böyük tarixə malik işçiləri və kəndliləri vardır! Biz onlara güvənirik, həm şüurluyuq, həm də prosesin tələblərinə cavab verməyə çalışırıq.

Fazil Mustafa müsahibəsində Azərbaycanda kommunistlərdən ehtiyat etmədiyini və Azərbaycanda kommunist ideologiyasının hər zaman digər postsovet ölkələrinə nisbətən daha zəif olduğunu iddia edir. O, bu iddiasını Azərbaycandakı bir sıra kommunist partiyalarının zəifliyi ilə əlaqələndirir. Şüphəsiz ki, Azərbaycandakı kommunist partiyalarının zəifliyi fikrini qəbul etməyən adam tapılmaz. Bu kommunist partiyalarının zəif olmasının səbəbləri haqqında çox danışa bilərik, amma ən aydın məsələlərdən birini, bu partiyaların uzun illərdir hakimiyyətin kütlələri siyasətdən uzaqlaşdırma siyasətini qəbul etməsi, tamamilə kütlələrdən və siyasətdən uzaqlaşmış olmaları reallığını ilk olaraq qeyd etməliyik. Bugün fəaliyyət göstərən bir neçə kommunist partiyası hələ də eyni vəziyyətdədir, kütlələrdən və siyasətdən uzaq olan mövqelərini bütün tələblərə qarşı hələ də qorumaqdadır!

Fazil Mustafa kommunistləri arqumentlərinin zəif olması ilə ittiham edir və təbii ki, bu arqumentlərin nə və ya zəifliyin nədə olduğunu əsaslandırmır. Tipik burjua ideoloqları kimi, ölkəsindəki marksistləri sadəcə olaraq marjinal, “biz də varıq və mövcuduq” şüarından ortaya çıxmış bir qrup şəxs olaraq görür, xalqın ədalət və azad yaşamaq istəyinə qarşı bu mövqedən çıxış edir. Kommunistlər xalqın övladlarıdır, gələcəyin sinfi öz mübarizlərini hazırlayır, onun ideologiyası digər siniflərə də təsir edir.

Əgər xəbər portalı Bakının dərdini bu qədər çəkirsə, o zaman Bakının “dərdlərindən” danışsın! Zəhmətkeşlərin qarşılaşdığı problemlərdən, onların həyat şəraitinin aşağı olmasından, burjua dövləti aparatının, iqtidarın xalqa qarşı düşmən mövqesindən yazsın. Aşuraya “toy səs-küyündən xilas olmaq” kimi yanaşan şəxsin fikirlərini yazmamalıdır.

Xəbər portalının rəhbərliyini bolşevik fəallıq və işçi mübarizəsindən əlavə narahat edən digər məsələ isə, bir neçə gün bundan əvvəl 100 illiyini qeyd etdiyimiz böyük Oktyabr inqilabıdır. Bu günə qədər baş vermiş, dünya tarixinin ən mükəmməl və ən mütərəqqi hadisələrindən olan böyük Oktyabr inqilabı bizə daim yol göstərəcək, dünya inqilabına və sosializm cəmiyyətinə addımladığımız yolda ondan öyrəndiklərimiz silah xarakteri daşıyacaqdır. Fazil Mustafa narahat olmasın, Bakı əmin əllərdədir və əmin əllərdə – işçilərin bütün nemətləri yaratdığı əllərində olacaqdır. Marksizmin işığında, işçi sinfi ilə birgə ölkəmiz və dünya azadlığa addımlayacaqdır!

 

…………..

 

  1. XX əsrin böyük fəlsəfəçilərindən hesab edilən J. Derrida və Richard Rorty, 80-ci illərin sonlarından Marksizm fəlsəfəsinin bəşəriliyini itirdiyini, artıq köhnəlmiş bir fikrə çevrildiyini iddia etmişlər, ancaq çox keçmədən hər ikisi də dediklərini bir qədər təkzib etmək və geri çəkilmək məcburiyətində qalmışdılar. ( Derrida, Jacques, Marx’ Genspenster, Frankfurt, 1995 ; Rorty, Richard, Das Kommunistische Manifest, 150 Jahre danach, Frankfurt, 1998 )
  2. Frensis Fukuyamanın məşhur “tarixin sonu” konsepsiyası. Fukuyamaya görə Sovet İttifaqının dağılması ilə sosializm ideologiyası tamamilə çökmüş, Karl Marksın “İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi olmuşdur”  fikri öz əhəmiyyətini itirmişdir. Lakin dünyada baş verən siyasi gedişat, xüsusilə də 2000-ci illərin başından başlayaraq Latın Amerikası və Avropa dövlətlərində baş verən işçi hərəkatları Fukiyamanı təkzib etmişdir.