Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

IV Təcili Avropa-Aralıq dənizi konfransının qərarnaməsi

Dünya kapitalist böhranı, on ildir yaşanılan iqtisadi durğunluq, ictimai dağıntı və siyasi sarsıntıdan sonra görünürdə heç cür həll edilmədən davam edir, hətta kəskinləşir.

Lehman Brothers fəlakətindən sonra nə hökümətlərin və mərkəzi bankların aldığı fövqəladə tədbirlər, nə də xalq kütlələri üçün qorxunc “kəmər sıxma”nı daimi rejim halına salmaqla çox böyük ictimai maliyyətə yol açan addımlar əsasında, öz ziddiyyətləri daxilində çökən maliyyə sisteminə dalğa-dalğa köçürülən likvidlik, dünya miqyasındaki böhranı, dünya kapitalizminin tarixindəki Üçüncü Böyük Depressiyası başa çatdıra bilməmişdir. Tam əksinə, bütün bu tədbirlər, yeni partlayışları hazırlayan ictimai, iqtisadi, siyasi şərtləri yaratmışdır.

Kapitalist sistemin indiyə qədər öz daxilində bu böhrandan çıxmaq məsələsini həll edə bilməməsi, sistemin irəli səviyyədə tarixi geriləmə yaşamaqda olduğunu, 1970-ci illərdə Keyneşçiliyin, 2007-2008-ci illərdə neoliberalizmin çöküşü sonrasında strateji çıxmaza girmiş olduğunu sübut edir.

Son on ilin bütün ziddiyyətli meyilləri indi barbarlığa doğru sürüşməni kəskinləşdirməklə qalmır, eyni zamanda yoxsullaşmış kütlələrin müqavimət, üsyan və inqilab yolu ilə böhrandan çıxış yolu axtarışına təkan verir.

Dünya kapitalizminin sistemli struktur böhranı hər yerdə ictimai fakturanı həll etməyə aparır, insanlığın böyük çoxluğunu ağrının və səfalətin ən dərin çuxuruna daşıyır, sistemin özünü uçurumun kənarına sürükləyir: Avropa və Amerikada milyonlarla insanın işsiz qaldığı, daha çoxunun isə “elastik” qul əməyi qarşılığında aşağı məvaciblərə təlim etdiyi bir böhran; cənub və şərqdən şimal və qərbə, içinə düşdükləri səfalətin əslində səbəbi olan imperialist mərkəzlərə doğru, qarşısıalınmaz bir tsunami kimi axan mühacirlər; Avropa və Amerikada rejim böhranı, parlamentar sistemin çürüməsi, avtoritar hakimiyyətə qayıdış, burjuaziyanın əsas partiyalarının demək olar ki çökməsi, ifrat sağın və faşizmin, irqçiliyin, xarici düşmənçiliyinin, İslamafobiyanın və anti-Semitizmin yüksəlişi; Orta Şərq və Afrikada isə mürtəce, cəhalət tərəfdarı təkfirçiliyin parlaması; Orta Şərqdə, Asiyada, Afrikada və Avropanın sərhəd bölgələrində imperialist hərbi müdaxilələr və vəkalətən müharibələr, NATO və ABŞ-ın Rusiya və Çin ilə beynəlxalq sahədə imperialist müharibəni yaymaq təhlükəsi yaradan qarşı-qarşıya gəlməsi.

Dünyanın ən güclü kapitalist ölkəsi olan Amerika dünya kapitalizm böhranının mərkəzidir. Brexit sonrası Avropa Birliyi dağılma prosesi içindədir, bir yandan da ABŞ kapitalizminin öz böhranını ixrac etmək cəhdlərinin, Çin və İranla birlikdə ən ön cəbhədəki hədəflərindən biridir. Donald Trumpın Ağ evə gəlməsi, həm dünya kapitalist sisteminin çürüməsinin və böhranının bugünə qədər görülmüş ən yüksək siyasi ifadəsidir, həm də bu böhranın sürətlənməsi cəhətdən güclü və gözlənilməz faktor rolu oynamaqdadır. Trump dövrünün proteksionizm, iqtisadi milliyyətçilik və “hər şeydən əvvəl Amerika” siyasəti, iqtisadi geriləməni aşmaq üçün dünya miqyasında beynəlxalq hücumun vasitələridir amma bu siyasət eyni zamanda dünya bazarının dərin bir sarsıntı yaşaması riskini doğurmaqdadır.

ABŞ-ın astanasında olduğu rejim böhranı, Trump hakimiyyətinin şəxsi idarə tədbiqi ilə dövlətin kəşfiyyat təşkilatlarının misli görülməmiş qarşıdurması, Watergate qalmaqalından bəri ən pis siyasi böhran xüsusiyyətini daşıyır və impiçment məsələsini yenə gündəmə gətirir. Eyni zamanda ABŞ-ın hakim sinfində dərin bölünməni göstərir. Digər tərəfdən, siyasi iqtidarın bu böhranı, milyonlarla insanın Trumpın vəzifəni götürdüyü gündən başlayaraq bir müxalifəti yaratmağa girişdiyi, kapitalist böhranın hərəkətə keçirdiyi kütlə hərəkətlərini, Wall Street İşğalı hərəkatını, Qaraların Həyatı da Önəmlidir hərəkatını, hətta Demokratlar Partiyasının konqresindəki biabırçı təslimiyyətindən əvvəl Bernie Sandersin adı ətrafında formalaşan kütlə dəstəyinin onsuz da başlatmış olduğu küləyi yüksəltdiyi bir mühitdə gerçəkləşir.

ABŞ-da hər şeydən əvvəl ən çox əzilən və ifrat istismara məruz qalanlar, işçiləri, afro-amerikanları, latınosları, qadınları, qaçqınları, digər azlıqları və ilk dəfə müsəlman və yəhudi cəmiyyətləri birləşdirən bu yüksəliş, dünya miqyasında ortaya çıxmış olan güclü bir beynəlxalq mübarizə dalğasının təzahürüdür. Bu dalğa, 2011-2013-cü illər arasında dünya böhranının doğurduğu ilk kütlə fəallığı dalğasının, Avropanın cənubunda və Orta Şərq və Şimali Afrika bölgəsində (ODKA) Təhrirdən Puerta del Sola, Sindaqmaya, Taksimə qədər yaşanan fəallığın geriləməsi, təslim olması və ya zərbə alması nəticəsində bitməsindən sonra ikinci dalğadır. İndi ABŞ-daki xalq hərəkatı; Əmək Qanunu adı altında işçi sinfinə hücumu nəzərdə tutan qanuna qarşı ümumi tətilləri, işğalları, kütlə nümayişləri ilə və meydanlardaki “Gecə Ayaqda” iclasları ilə 2016-cı ilin “Fransız Baharı”-nın Britaniyada Jeremy Corbynin ətrafında ortaya çıxan yeni nəslin mübarizəsinin, Balkan ölkələrinin birindən digərinə dayanmadan sıçrayan ictimai çalxalanmaların, Cənubi Koreyada prezidenti yıxan nəhəng fəallığın, Hindistanda düz 100 milyon işçinin iştirak etdiyi ümumi tətilin və Braziliyada son dövrdə yaşanan mübarizə və ümumi tətillər dalğasının izindən gedir.

Dünya siyasəti dolayı yolla, çox çətin gözlənilməz formalarda, bir sağa, bir sola səndələyərək inkişaf edir. Bu inkişaf, əzilən və istismar edilən kütlələr üçün, onların siyasi təşkilatları və ictimai hərəkatları üçün, inqilabçı sol hərəkat üçün mürəkkəb və təcili çətinliklər yaradır.

Aİ son böhranını yaşayır?

Süqut prosesindəki Aİ, Orta Şərq və Şimali Afrikadaki xaosla birləşir, qarşılıqlı təsir sahəsinə girir və iç-içə keçir. Bu sözü gedən iki prosesin qaynaşdığı iki ölkədə açıq-aydın görünür: Aİ və BVF diktatorluğundan onsuz da xəsarət almış Yunanıstan əkiz tragediya yaşıyır: öz insan fəlakətinə əlavə olaraq, məhvə sürüklənmiş bir ölkədə qorxunc şəraitdə qalan minlərlə mühacirin tragediyası və həm bölgədə, həm də Kürd xalqı ilə müharibəyə girən, daxili çəkişmələri əhatə edən, Erdoğanın yüksələn istibdad rejimi ilə qarşı-qarşıya qalan, dərin böhrandaki Türkiyə.

Şüphəsiz ki, indi tarixi geriləməyə qədəm qoymuş olan kapitalizmin doğum yeri olan Avropa, keçmişdə yaşanan, qan və qəzəblə dolu hər şeyin ötəsinə keçən ictimai müharibələrin arenası olacaq.

Avropanın hakim sinifləri tərəfindən iqtisadi birlik üçün başladılmasından 60 il sonra, layihənin hər mənada bir fəlakət olduğu isbat olundu:

  • Fasiləsiz artan kütləvi işsizlik, əmək haqları və pensiya maaşlarını qəsb etmək, səhiyyə xidmətlərinin, təhsilin və demokratik haqların yox edilməsini yaşayan imperialist birliyin üzv dövlətlərindəki işçi sinfi və yoxsul xalq təbəqələri üçün fəlakət.
  • Aİ-nın və NATO-nun keçmiş Sovet ərazisini yenidən müstəmləkə vəziyyətinə salmaq üçün şərqə doğru genişləməsi və kapitalist istismarın mafiya kimi restorasiyası, sənayesizləşməyə, böyük çoxluğun həyat şərtlərində təxribat edilməsinə, oliqarxların və rüşvətçi siyasətçilərin kiçik azlığının zənginləşdirilməsinə və yoxsullaşdırılmış xalqın kütləvi köçünə yol açan, xüsusilə Orta və Şərqi Avropa ilə Balkan xalqları üçün fəlakət.
  • Həm Aİ-nın Yuqoslaviya müharibələrindəki rolundan günümüzdə Ukraniyanın iflasına və NATO-nun Rusiya sərhədlərinə təcavüzkar irəliləyişinə Avropada, həm də Liviya, Suriya, Orta Şərq və Afrikadaki bir çox Avropa imperialist təcavüzkarlığında olduğu kimi barış üçün fəlakət.
  • Həyatda qalmaq üçün mübarizə edib minimum həyat şərtləri axtaran, “Avropa qalası” ilə, Balkanların qərbində yolu kəsən, əvvəl Erdoğanın Türkiyəsi ilə və daha sonra var olmayan “Liviya” ilə rəzil bir müqavilə imzalayaraq mühacirləri Aralıq dənizinin və Egey dənizinin ortasında boğulmağa ya da yeni ölüm düşərgəsində həbsə məhkum edən, ya da irqçilərə, faşistlərə, polisə və əsgərlərə qurban edilmək və ya məhv edilmiş torpaqlarına “geri dönmək” məcburiyyətində qalacaqlarını söyləyən ironik Aİ ilə qarşılaşan, Avropa və ABŞ imperializminin qurbanları, milyonlarla mühacir üçün fəlakət.
  • Kapitalist acgözlük tərəfindən məhv edilən ətraf-mühit və bütün həyat şərtləri üçün fəlakət.
  • Dünya kapitalist böhranı, iqtisadi və maddi birlik cəhdlərini vurduğu, avro bölgəsinə ölümcül zərbə endirdiyi, yalnız Yunanıstan örnəyində yox, qitədəki ən böyük bank olan Deutsche Bankı daxil olmaqla bütün Avropada bank sisteminin elan edilməmiş iflasına yol açdığı, zəhərli millətçiliyini, əcnəbi düşmənçiliyini, faşizmi və irqçi nifrəti alovlandırdığı, bütün milli və imperialist ziddiyyətləri qidalandırdığı və Brexitdən başlıyaraq parçalayıcı mərkəzdən qaçan qüvvələrini intensivləşdirdiyinə görə kapitalistlərin özləri üçün fəlakət.

Təşkilatlanmaq, tablaşmaq, döyüşmək və qələbə qazanmaq məcburiyyətindəyik!

Bütün ziddiyyətlərin sıxlaşması, parçalanmış, başı qarışmış və geri çəkilməkdə olan solun davam edən ümidsizliyinə baxmayaraq yeni sinfi qarşıdurmaları və hətta, Avropa qitəsində inqilabçı inkişafın şərtlərini yaratmaqdadır.

Lakin müharibə və qazanmaq üçün, gündəlik və keçmiş strateji təcrübələrdən, xüsusilə Yunanıstan, İspaniya, Portuqaliya, Fransa və İtaliyadan dərslər çıxartmağa ehtiyacımız var.

2010-12-ci illərdəki radikallaşmış geniş kütləvi hərəkatlar, təbii olan bir gecikmə ilə, Yunanıstanda Syriza kimi reformist sol formalaşmaları, İspaniyada Podemos kimi hərəkatları iqtidar gücünə doğru aparmış və eyni zamanda Portuqaliyada Sol Blok, İrlanda IRA və yaxın keçmişdə Fransada Melenchonun France Insoumise kimilərinin də yelkənlərini şişirtmişdir. Syriza, reform və inqilab arasındaki “köhnə” ziddiyyətin ötəsində, kütləvi ifrat-parlamentarist ictimai hərəkatların dəstəyi ilə sol hökümətlərin parlamentə seçilməsi vasitəsilə ictimai dəyişiklik üçün “radikal anti-kapitalizm”-in örnəyi olaraq, xüsusilə məğlubiyyəti qəbul edən liberal beynəlxalq sol tərəfindən göylərə qaldırılmışdır. Lakin Syriza, Avropa İttifaqının və kapitalizmin quruluşunu, əvvəldən tamamilə qəbul edərkən, sinfi mübaribə şərtlərində ümidsiz Avropa İttifaqı, BVF və Avropa və Yunanıstanın hakim sinifləri ilə sinfi razılaşma və barışı axtararkən, xalqın gözlədiyinə və Troykanın ultimatumu və Grexit təhdidi haqqındaki referendumda ifadə edilən xalq iradəsinə xəyanət edərək bu qüvvələrə 2016-cı il iyun ayında təslim olmuşdur. 2015 Memorandumunun ardından və indi 2017-ci ildə, sözdə “xilas proqramı”-nın ikinci nəzərdən keçirilməsinə bağlı yeni bir nəzərdən keçirmə sonrasında Syriza, sağın da iqtidardan düşmək təhdidi ilə qarşılaşmadan təkid edə bilməyəcəyi ən sərt kəmər sıxma tədbirlərini tədbiq edir. Oxşar bir sağ gedişat İspaniyada Podemos tərəfindən izlənilir. Portuqaliyada sol liberal, Avropa İttifaqı tərəfdarı Sosialist Partiya höküməti, iqtidarda Left Bloc və Kommunist partiyasının dəstəyi sayəsində kəmər sıxma siyasətini tədbiq edir.

Dərs aydındır: Kapitalist sinfi və imperialist Avropa İttifaqı ilə sinfi barış və sinfi əməkdaşlıq üçün orta yol və ya yer yoxdur! Bunun nəticəsi hər kəsin görə biləcəyi qədər açıqdır: Avropada ənənəvi solun hardasa hamısının; Yunanıstanda, Fransada, İtaliyada və başqa yerlərdə həm açıq reformist olan solun, həm də yeni saxta “anti-kapitalist” olanın, siyasi çöküşü. Hakim sinif qarşısında bütün alt siniflərin hegemon qüvvəsi olan işçi sinfinin siyasi müstəqilliyi, ictimai fəlakətin qarşısını almağın, yüksələn ifrat-sağ və faşizmin demaqoqlarını məğlubiyyətə uğratmanın və böhrana uğurlu, sosialist bir sonun ön şərtidir. Bu siyasi müstəqillik və hegemoniya, nə Fransada El Khomri Qanununa qarşı mübarizə təcrübəsinin göstərdiyi üzrə tamamilə mübarizkar sindikatçılıqla, nə dağınıq, kortəbii, təşkilatsız azlıqların birbaşa fəaliyyəti ilə, nə də hər hansı cür “hərəkatçılıq” yolu ilə əldə edilə bilər, hələ sol milliyyətçi reformist Melenchon kimi karizmatik xarakterlərin ətrafındaki “geniş hərəkatlar”-ın içində əriyərək heç uğurlu olmaz. Təcili lazım olan, inqilabçı siyasi təşkilatlanmadır, yəni başqa bir sözlə, işçi sinfinin anti-bürokratik, internasionalist inqilabçı partiyaları və inqilabçı bir İnternasionaldır.

Avropa burjuaziyası tarix boyunca qitəni ya müharibə yolu ilə, ya da “barışcıl” bir iqtisadi proseslə birləşdirmək mövzusundaki mütləq yetərsizliyini tarixi olaraq sübut etmişdir. Çürüyən Avropa İttifaqı indi Avropanın bütün yoxsullaşmış kütlələrini aclıqdan öldürməklə və qalıqlarının altına dəfn etməklə təhdid etməkdədir. Sağçı populistlər ya da “sol” millətçilərin burjua milli dövlətinin dəli köynəyinə dönüş çağırışı fəlakətin reseptidir. İqtisadi həyatın millətçiliklə zəhərlənməsi faşizmə yol açdığı kimi kapitalist böhranın üstəsindən gəlməməyə də məhkumdur. Razılaşma yoxdur, güzəşt yoxdur; irqçiliyin, qaçqınlara, mühacirlərə və ya milli-etnik kökəni, dini və ya cinsi meylinə görə əzilən hər hansı cəmiyyətə qarşı ayrı-seçkiliyin hər cür təzahürünə qarşı açıq müharibə! Məhdudiyyət yoxdur, bütün əzilənlərin və istismar edilənlərin mübarizə daxilində birliyi!

Yalnız işçi sinfi (“yerli”, qaçqın və ya mühacir, işləyən və ya işsiz, “elastik” və aşağı məvacibli işlər arasında gedib-gələn böyük miqyasda köçəri olan proletariat) mülksüzləştirənləri, bütün bankları və iqtisadiyyatın strateji sektorlarını, mülksüzləştirərək iqtisadiyyatı yeni, sosialist əsaslarla, işçilərin hakimiyyəti və nəzarəti altında demokratik planlı iqtisadiyyatı yenidən təşkil edərək, böhrana son qoya bilər və verməyə məcbur qalmaqdadır. Qitəni, imperialist Avropa İttifaqının qalıqları üzərində Birləşmiş Sosialist Avropa Dövlətləri olaraq birləşdirmək üçün.

Avropanın işçiləri və yoxsulları, cinsiyyətə, etnik-milli mənşəyə, dinə və ya cinsi oriyentasiyaya dair hər cür ayrıseçkiliyə qarşı bütün əzilənlərlə həmrəylik və ortaq mübarizə içində olmadan özlərini azadlığa çıxara bilməz. Qaçqınlar və mühacirlərlə olduğu qədər, Orta Şərq, Asiya, Afrika ya da Latın Amerikada imperializm tərəfindən əzilən bütün xalqlarla ortaq mübarizə zəruridir.

Mərkəzi və Şərqi Avropa və Balkanlar

Mərkəzi-Şərqi Avropa (ODA) və kasıblaşmış Balkanlar, ABŞ və Aİ imperializmi tərəfindən, bunların Rusiyanı mühasirəyə almaq axtarışı nəticəsində bir barut çəlləyinə çevrildi. Balkan ölkələri, mərhələli olaraq özü aşılmaz ziddiyyətlər daxilində olan və buna görə bir çox ölkəni gözləmə otağında saxlayan Aİ-na “qatılmağa” hazırlaşırlar. Bölgənin Aİ ilə “inteqrasiyası” fantastik yuxudan kabusa çevrildi. Bu müddət ərzində, gələcəkdə birliyə “qatılmaq” yemi, Balkanları Aİ hegemoniyası altında saxlamaq üçün istifadə edildi. Bu səbəblə bölgə tarixi də oğurlandı, “Balkanlar” adlandırması, yerini “Cənubi şərqi Avropa” təskininə buraxdı.

Bölgə daimi bir qarışıqlıq, milli qarşıdurmalar, Macarıstan və Polşada ifrat sağ hökümətlərin yüksəlişi və ayrıca Ruminiya, Bolqarıstan, Sloveniya, Monteneqro, Makedoniya, Kosova, Serbiya və Bosniya və Herseqovinadaki təkrarlanan üsyanlarla sarsılır. Despotik PiS hökümətinin getdikcə daha çox şeyi idarəsi altına aldığı Polşada da, ifrat mühafizəkar rejimin aborta qarşı qanunu genişləndirməsinə qarşı qadınların uğurlu “Qara tətili” təşkil edildi. Aİ/NATO müdaxilələrinə və manipulyasiyalarına da, milliyyətçi-irqçi nifrətə də təslim olmağı rədd edirik. Burada da müharibə edən internasionalizm, ayaqda qalmaq və cəhənnəmdən çıxmaq üçün gərəkdir. Aİ/ABŞ/NATO imperializmini, bunların hərbi bazalarını və kuklalarını Mərkəzi və Şərqi Avropadan və Balkanlardan rədd edək! Bütün oliqarxları müsadirəyə tabe tutaq, sosial ehtiyaclarla və ətraf mühit məsələsindəki narahatlıqlara uyğun, demokratik olaraq planlanmış iqtisadiyyat əsasında, işçi nəzarəti və hakimiyyətində yenidən sənayeləşdirək! Məhv olsun şovenizm! Mərkəzi və Şərqi Avropa-Balkanlar Sosialist Federasiyası üçün xalqlar arasında aktiv həmrəylik!

Köhnə Sovet coğrafiyası – Ukrayna və Rusiya və Transqafqaziya

Sovetlər Birliyinin dağılmasının ilk mərhələsindən etibarən kapitalist restorasiyasının, ABŞ və Aİ imperializminin köhnə Sovet coğrafiyasını parçalama və yenidən müstəmləkələşdirmə, qaynaqlarını yetərsiz ifadə ilə burjua “demokratiyaları” olaraq maskalanmış oliqarxik rejimlər altında istismar planlarına bağlı olduğu açıq hala gəldi. Kapitalist restorasiya prosesinin ziddiyyətləri bir ölçüdə dünya kapitalist böhranının partlamasının ardından kəskinləşib, daha da həlledilməz hala düşdükcə, imperialistlərin yerli yarı-diktator kukla rejimlər altından yenidən müstəmləkələşdirmə cəhdləri şiddətləndi. Bunun ən son və açıq örnəyi, Ukraynanın bir “qara dəliyə” çevrilən iqtisadi-siyasi çöküşü ilə ortaya çıxanlardır: Çökən “Aİ-Şərq müttəfiqliyi” layihəsi və NATO və ABŞ imperializminin, oliqarxlardan və Stepan Banderanın, Russophone Donbass bölgəsindəki Cənubi Ukraniya sənaye işçiləri mərkəzlərindəki mübarizəyə dair müharibə açmış Kiyevdəki faşist təqibçilərindən təşkil olunan kukla hökümətlə nəticələnən açıq müdaxiləsi.

2014-cü ildəki II Avropa-Aralıq dənizi İşçiləri Konfransı və bu konfransın müraciətinin ifadə etdiyi kimi: “Cənubi Ukraniyadaki NATO dəstəkli hücum, sadəcə Ukraniya xalqını qanlı bir ümumi daxili müharibə ilə, Rusiya və Ukraniya xalqlarını da bir qardaş müharibəsi ilə təhdid etməklə qalmır, bölgə və Avropa xalqlarını, şərqi və qərbi, dünya barışını təhdid edir. Onları, xalq və işçi hərəkatlarının beynəlxalq səfərbərliyi ilə dayandırmalıyıq!

ABŞ, Aİ, Rusiya və Ukraniya hakimiyyətləri arasındaki, Ukraniyada, Rusiyada, şərqi və qərbi Avropada və bütün dünyadaki xalqların özləri üçün rəqabət halında olan imperialistlər və oliqarxlar arasındaki danışıqları və geosiyasi oyunları pərdələyən gizli diplomatiyaya inana bilməz.”

Üç il sonra, vəziyyət hələ də bir fəlakət halındadır. Hətta, Aİ və ABŞ-ın Rusiyaya sanksiyalarını əhatə edən “Minsk müqavilələri” və Kreml ilə qərb arasındaki iki tərəfli məqsədi “böyük danışıq” olan gizli diplomatiya nəticəsində daha da pisləşdi.

Donbassdaki imperialist müdaxiləyə və müharibəyə müxalifət edərkən, Ukraniyalı Bandera faşistlərinə və böyük rus millətçiliyinə müxalifət edərkən qərarlı bir formada əvvəlki Avropa-Aralıq dənizi İşçiləri Konfransının internasionalist siyasi xəttində dururuq: İmperializmi və faşizmi Ukraniyadan qovaq! Oliqarxik mafiyanın saxta Verkhovna Radası (Ukraniya Parlamenti (Yuxarı Rada), tərcüməçinin qeydi) dərhal ləğv edilməlidir! Yeni bir Verkhovna Rada seçilməsi üçün hər yerdə İşçi Şuraları qurulmalıdır və Washington, Berlin və Brukselin icarəyə götürdüyü quldurların yox, Ukraniya işçilərinin və xalqının şuraları tərəfindən idarə edilən birləşmiş, müstəqil, sosialist bir Ukraniyada yeni, həqiqi bir Verkhovna Rada üçün deleqantlar seçməlidirlər.

Transqafqaziyada, imperializm və Rusiyanın təzyiqinin yaratdığı qarşılıqlı küləyin altında, köhnə bürokratiya sonradan görmə burjuaziya qılığına girdi və proletariatın ən yuxarı səviyyədə istismarı üçün, iş vaxtını uzatmaq, əmək haqlarını aşağı saxlamaq və işçi sinfinin təhsil, səhiyyə və mənzil kimi sahələrdəki qazanclarını oğurlamaq üçün cəhd edir. Bu yeni burjuaziya, ən açıq örnəyi Azərbaycan və Ermənistan xalqlarını bir-birlərinə qarşı qışqırdan Dağlıq Qarabağ bölgəsi nümunəsində və ya Türkiyənin Ermənistandan gələn ticarətə mane olmaq və zatən iqtisadi olaraq sıxıntıları olan bu ölkəni daha böyük kasıblığa məhkum edəcək formada Ermənistan sərhədini bağlamasında göründüyü kimi, etnik-milli gərginliyi artıraraq kütlələrin diqqətini istismar və səfalətdən sapdırmaqla məşğul olur. Azərbaycandaki Əliyev rejimi, Türkiyədəki Erdoğan rejiminin təqlidçisidir. Gürcüstana gəldikdə, bu ölkə 2009-cu ildən bəri, köhnə prezidenti Saakashvilinin Rusiya qarşısında ABŞ-ın yanında yer aldığı kirli işdən dolayı böyük bir bədəl ödəyir. Bu xain siyasətçi, federak Ukraniyada bir əyalətə qubernator olaraq təyin edilmək “fəxrinə” nail olmaq üçün öz ölkəsini tərk etdi. Orta əsrlər Avropasının krallıq ictimaiyyəti üçün öyrəşilməmiş bir vəziyyət deyilsə də, müasir dünya üçün böyük bir uğurdur.

İmperializmi Orta Şərqdən qovaq, məzhəb qətliamını dayandıraq!

Ərəb inqilabı, xüsusilə Misirdə və Tunisdə qismən qalibiyyət əldə edən inqilablar, beynəlxalq arenada müzəffər inqilabın olmadığı uzun bir dövrə son qoydu. Xüsusilə Misir inqilabı bir-birinin ardınca üç fərqli iqtidar forması ilə mübarizə aparan, müasir tarixin ən güclü kütlə ayaqlanmalarından biri idi. Bunlardan ikisini devirməyi bacardı ancaq nəhayət 2013-cü il ortalarında General Sisinin Bonapartist rejimi tərəfindən dayandırıldı. Hüsnü Mübarəkin həbsxanadan yaxın zamanda azad edilməsi, Misir xalqının qəhrəmanca mübarizəsinə təhqirdir və inqilabın ən azından müvəqqəti olaraq məğlub olduğunu göstərməkdədir. Tunis inqilabı da, daha da diqqətə çarpan formada Misir inqilabı da açıq olaraq işçi sinfi miqyası da daşıyırdı; bu miqyasın gündəmə gətirdiyi inqilabçı vəzifələrin yerinə gətirilmədisə bunun səbəbi işçi sinfinin millətçi və liberal burjua qüvvələrindən siyasi müstəqilliyinin təmin edilməmiş olmasıdır. İşçi sinfi buna görə inqilabda hemegon qüvvə olmaq imkanını itirdi və qəti qələbəni əldə edə bilmədi. Bunun və inqilabın buna görə məğlubiyyətinin əsas səbəblərindən birinin inqilabçı proletariat partiyalarının yoxluğu olduğuna işarət etmək önəmlidir, yəni belə partiyaların inşası bütün ölkələrimizdə önəmli problemdir.

İmperializm Ərəb inqilabını dayandırmaq üçün müdaxilə etdi və Orta Şərqdə xaosu yaydı: Suriya və Liviyadaki cəhənnəm, Misirdəki Sisi diktatorluğu, Yəməndəki vəhşət. Sözdə “İraq və Şam İslam Dövləti”, yəni DAİŞ (İŞİD), 15 mart 2011-ci ildəki Suriya ayaqlanmasını məzhəp əsasında daxili müharibəyə çevirmək, sünnilərlə şiələri (və bölgə miqyasında şiələri də) qarşı-qarşıya gətirmə axtarışları içində, imperializmin özü və başda Səudiyyə Ərəbistanı, Qətər və Erdoğanın Türkiyəsi olmaqla regional müttəfiqləri tərəfindən yaradılan bir Frankenşteyn canavarıdır. Böyük şəhərlərin mərkəzlərində böyük işsizlik və səfalət yaradan iqtisadi böhranın nəticələri kimi, xaric edilmiş Müsəlman və Ərəb cəmiyyətlərinə qarşı davam edən irqçilik və ayrıseçkilik də müsəlman gəncləri babbar DAİŞ-in qollarına atır.

İmperialist müdaxilənin birbaşa nəticəsi kimi, Orta Şərqdə üç (Suriya, İraq və Yəmən), Şimali Afrikada isə bir ölkə (Liviya), bir çox aktyoru bir-biri ilə qarşı-qarşıya gətirən və bunun nəticəsində dünya xalqlarının səbəblərini anlamaqda çətinlik çəkdikləri bir qan gölünə yol açan çoxcəhətli müharibələrin iztirablarını yaşamaqdadır. Yalnız Suriyada, çoxu ABŞ-ın rəhbərliyindəki, adına “Koalisiya” deyilən ittifaqın itaətkar mənsubu olan 65 ölkə ilə dövlətlər xaricində də bir çox təşkilat bir-birləri ilə müharibə edir. “Susiya inqilabı” deyilən şey çoxdan tarixə qarışmışdır. Ölkənin həqiqətindən bütünlüklə qopmuş olan bir çox sol hərəkatın xəyal bacarığından başqa heç bir yerdə mövcud deyildir. Suriyada qaynayan qazan, can verən kapitalizmin bütün dünyanı içinə çəkmə təhlükəsi yaratdığı bir Üçüncü Dünya Müharibəsinin xəbərçisi kimidir. Mühacirlər, ən kiçik bir şüphə yoxdur ki, bu imperialist siyasətin qurbanlarıdır amma dünyanın yeni pariahları olaraq xor baxılmaqda, Aİ ilə Tayyip Erdoğan Türkiyəsi arasındaki kirli anlaşma əsasında Avropanın sərhədlərinin xaricində buraxılmaqdadır.

Suriya Kürdüstanı Rojavada, DAİŞ-ə müzəffər formada həqiqətən tab gətirən tək qüvvə olan qəhrəman Kürd xalqı, ABŞ imperializminin intriqalarından, gizli diplomatiyadan və Türk dövlətinin öz sərhədlərinin ötəsində də Kürdlərin xalqlarına qarşı barışmaz etirazından qaynaqlanan yeni təhlükələrlə üz-üzə gəlir. Son dövrdə ABŞ-ın DAİŞ-lə mübarizəsində onun qara qüvvəsi mövqeyinə girməsi, hərəkatı imperializm ilə strateji ittifaqın astanasına gətirmişdir və kürd xalqının onlarla ildir davam etdirdiyi mübarizənin qurtuluş hərəkatı olma xüsusiyyətinə qarşı təhdid dərəcəsinə çatmışdır.

Yeni Trump hakimiyyəti, dəhşəti artıracaqdır. Bu hakimiyyət İsraildə, Fələstin torpağındaki koloniyalarını genişləndirərək və hətta, İordan çayının qərb sahilini ilhaq etmək planları quraraq Fələstin xalqının Nakbada yaşadığı prosesi tamamlamaq yolunu gedən ifrat sağ Netanyahu hökümətini ört-basdır etməkdədir. Eyni zamanda Fələstin sahillərindəki təbii qazın işlədilməsi üçün də planlar qurulur. Bunun mənası, Fələstin xalqının hər cəhətdən öz haqqı olan çox qazanc gətirən bir təbii qaynaqdan yararlanmasının qarşısına keçiləcəyidir. Bu il, Britaniya imperializminin Sionizmə Fələstində bir “Yəhudi yurdu” qurmaq fürsətini verən və beləcə Fələstin xalqının kölələşdirilməsinin tarixi təməlini qoyan o uğursuz sənədin, Balfour Deklerasiyasının 100-cü ildönümünü yaşıyırıq. Həmişə əzilmiş olan bu xalqın haqlarını, öz müqəddəratını təyin edə bilməsini müdafiə etmək üçün çalışmalıyıq. Fələstin problemi ancaq sionizmin məğlub edilməsi ilə, Fələstin xalqının öz müqəddəratını təyin haqqının, mühacirlərin qayıdışı haqqı da daxil olmaqla tam tədbiq edilərək həll edilə bilər. Həll yolu, Fələstinin tarixi torpaqlarında yəhudilərlə ərəblərin bərabər var olması zəminində azad, dünyəvi, birləşmiş, sosialist bir cümhuriyyətin qurulması ilə mümkün olacaqdır.

Həmçinin, Trump hakimiyyətinin strategiyası, İran və bölgədəki müttəfiqləri ilə konflikt yaratmaq üzrə, bölgənin oliqarxik Ərəb rejimlərinin Səudiyyə Ərəbistanı liderliyi ilə İsraillə bir müharibə ittifaqı təşkil etməsi məqsədi ilə mürtəce Sünni-Şiə məzhəb bölünməsini istismar etməkdədir. Bu, bugün böyük ehtimalla dünyadaki ən mürtəce dövlət olan, rentaçılar qrupu tərəfindən idarə edilən Səudiyyə Ərəbistanı dövlətinin daha da çox qalıq yanacaq qaynağını ələ keçirmək cəhdinin və Türkiyənin, Erdoğanı bütün Sünni dünyanın “Rəis”-i etməyə aludə olan AKP hökümətinin əlinə oynayacaqdır.

Hər şey göstərir ki, Orta Şərq və Şimali Afrika bölgəsinin başına gətirilmiş bütün xəstəliklərin müalicəsinin ön şərti, imperialist qüvvələrin bölgədən atılmasıdır. Lakin imperializmin qovulması ilə bölgə xalqları yaralarını sarımağa, aralarındaki fərqləri aşmağa başlayacaqlar. Orta Şərq və ötəsində yaşanacaq bir Sünni-şiə müharibəsinin altdan-alta yanmaqda olan közü, bölgənin yalnız xalqının həyatını yox, qədim mədəniyyətini də təhdid edir. Qətliama yalnız öz ölkələrində mürtəce rejimlərlə mübarizə edən anti-imperialist, anti-sionist qüvvələrin geniş cəbhəsi sayəsində mane olmaq olar. Yalnız Orta Şərq və Şimali Afrika miqyasında Sosialist Federasiya bölgənin problemlərinə son qoya bilər.

Təcili bir vəziyyətə təcili bir cavab lazımdır!

İmperialist müharibəsini ümumi bir müharibə halına gətirmək dinamikası hər zamankindən böyük bir təhlükə ərz edir, dünyanın bütün xalqlarını təhdid edir: İmperializmi və müharibəni məğlub etmək üçün hər yerdə mübarizə etməliyik. Trumpın başa keçməsindən əvvəl də ABŞ imperializmi, Avropalı müttəfiqləri ilə əl-ələ, həm Rusiyanı, həm də Çini mümkün olan hər üsulla əhatə edib şərtlər icazə verdikdə dizlərinin üstünə çökdürtmək üzrə atəşli bir fəaliyyət içində idi. Enerji mənbələrinə görə Orta Şərqi idarə etmək hissinin də yoldaşlıq etdiyi bu dikbaşlı siyasət böyük ehtimalla, əvvəl-axır, dünyanı bir Üçüncü Dünya Müharibəsi fəlakətinə sürükləyəcəkdir. Roza Lüksemburqun Birinci Dünya Müharibəsində ortaya qoyduğu seçimlər indi hər zamankindən daha çox gündəmdədir: Ya sosializm, ya barbarlıq!

26-28 May tarixləri arasında Yunanıstanın paytaxtı Afinada toplanan IV Təcili Avropa-Aralıq dənizi işçi konfransı beynəlxalq işçi sinfinin Marksizmin inqilabçı fikirlərinə sadiq bütün qüvvələrinə, bütün həqiqi kommunistlərə, əzilənlərin qurtuluşu üçün mübarizə etməkdə olan hər kəsə, bütün azadlıq döyüşçülərinə, qüvvələrimizi birləşdirərək barbarlığa doğru sürüşməyə qarşı hərəkət etməyə çağırış edir.

Bu il, tarixdə bir işçi dövlətini ilk dəfə sabit şəkildə formalaşdıran böyük Oktyabr inqilabının 100-cü ildönümüdür. XX əsrdə yaşanan bütün digər inqilablar və kapitalizmin ləğvi ilə nəticələnən keçidlər, böyük miqyasda, bu gur qaynaqdan fışqıran məhsullardır. İlhamımızı Oktyabr inqilabından alaq, hər cür qurtuluş və azadlıq mübarizəsinə yol göstərən bir beynəlxalq hərəkatı yenidən quraq, keçmişin xətalarından uzaq olaq və geriləməkdə olan kapitalizmin bizi içinə sürükləməkdə olduğu barbarlığı əbədi olaraq qeyri-mümkün hala salacaq formada beynəlxalq miqyasda sinifsiz cəmiyyətin təməllərini yaradaq.

 

Səs birliyi ilə qəbul edilmişdir, 28 may 2017.