Akdeniz: Dünya devriminin yeni havzası!

The Mediterranean: new basin of world revolution!

البحر الأبيض: الحوض الجديد للثورة العالمية

مدیترانه: حوزه جدید انقلاب جهانی

Il Mediterraneo: nuovo bacino della rivoluzione mondiale!

Μεσόγειος: Νέα λεκάνη της παγκόσμιας επανάστασης!

Derya Sıpî: Deşta nû a şoreşa cihânê

Միջերկրական ծով: նոր ավազանում համաշխարհային հեղափոխության.

El Mediterráneo: Nueva cuenca de la revolución mundial!

La Méditerranée: nouveau bassin la révolution mondiale!

Mediterrâneo: bacia nova da revolução mundial!

Soyqırımın birinci ilində Türk və İsrail silah şirkətlərinin Bakıda sponsor əməkdaşlığı: ADEX


Əqsa Tufanının ildönümündə mövcud vəziyyət

“Əqsa tufanı” əməliyyatının üzərindən bir ildən artıq müddət keçdi.

Bu müddət Ərzində İsrail Qəzzada 17 mini uşaq olmaqla, 40 mindən çox insan qətlə yetirib. İsrailin hədəfində mütəmadi olaraq xəstəxanalar, qaçqın düşəgrələri, təhsil müəssisələri və digər sivil baza və infrastrukturlar olmuşdur. Bu yazının yayımlandığı tarixlərdə İsrail qida paylama mərkəzini atəşə tutmuş, Əl Əqsa hospitali ərazisindəki çadır düşərgəsini vurmuşdur.

Ötən 1 ildə dünya ölkələrində ictimai rəyin birmənalı olaraq Fələstin xalqının yanında olmasına baxmayaraq ABŞ və qərb ölkələri başda olmaqla əksər burjua hökumətləri dəstəyini bilavasitə soyqırımçı İsraildən yana ifadə etdi. ABŞ-də seçki prosesi yaxınlaşdıqca Demokratlar və Respublikaçılar hansı tərəfin daha yaxşı Sioinist olması barədə sanki yarışa qoşulmuşdular. Sözügedən ölkələrdə xalqın dəstəyi nə qədər artırdısa, xalqa qarşı dövlət sanksiyası da o qədər şiddətlənməyə başlamışdı.

Bəzi dövlətlər Azərbaycan örnəyində olduğu kimi bu periodda səssiz qalması ilə seçildi.  Türkiyə isə hər nə qədər dəstəyini Fələstindən yana ifadə etsə də, reallıqlar və ölkə siyasəti tamam başqa şeydən xəbər verirdi. 

İsraili öz xalqına və dünya ictimaiyyətinə dostu və hərbi sənaye müttəfiqi elan edən Azərbaycan bu müddətdə İsrail əleyhinə şifahi belə olsa, demək olar ki, hər hansı bir mövqe ortaya qoymadı. Əksinə, bu müddət ərzində iki ölkə arasında əlaqələrin xeyli gücləndiyini demək olar.

İsrailə qarşı sərt çıxışları ilə fərqlənən Türkiyə hökuməti isə bu müddətdə hər hansı əməli addım atmadı. Tam tərsinə, hökumət tərəfindən özəl şirkət olmasına baxmayaraq xalqa milli qürur mənbəyi kimi təqdim edilən və Türk hərbi sənayesində xüsusi yer tutan, Ərdoğanın kürəkəninə aid Baykar şirkəti İsrailin dövlət şirkəti olan İsrail Aerokosmik Sənayesi - İAİ ilə birlikdə Azərbaycanda təşkil olunan hərbi sərgidə ortaq sponsor kimi əməkdaşlıq etməkdən çəkinmədi.  

 

İsrail və Türkiyə hərbi şirkətlərinin ana sponsorluğunda ADEX – iştirakçı ölkələr üçün iş və əməkdaşlıq fürsəti kimi.

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və ya qısaca olaraq ADEX 2014-cü ildən etibarən Azərbaycanda keçirilən hərbi sərgidir. ADEX təkcə iştirakçıların hərbi müdafiə sənayesini nümayiş etdirdiyi sıradan bir sərgi deyil. ADEX'in təşkilatçılığı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Müdafiə Nazrliyi tərəfindən dəstəklənir və ölkə üçün strateji əhəmiyyətə malikdir. 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, sərgi Azərbaycan Hərbi Sənayesinin gücləndirilməsini hədəfləməklə yanaşı, dost və müttəfiq ölkələrin tanınmış hərbi və sənaye müəssisələri ilə xarici şirkətlər arasında iş əlaqələrinin qurulmasını hədəfləyir və bunun üçün müstəsna əhəmiyyət daşıyır. Prezidentin çıxışından aydın olur ki, sərgi həmçinin iştirakçı ölkələr arasında da əlaqələrin yaradılmasını və gücləndirilməsini hədəfləyir.

Məhz bu məqsədlərlə Bakıda 24-26 sentyabr tarixlərində sayca 6-cısı keçirilən sərgiyə iki şirkət ana (GOLD) sponsorluq edib: İsrail hərbi qırıcılarını istehsal edən İsrail Aerokosmik Sənayesi (İAİ) və bir müddət əvvəl Fələstinə dəstək yürüşündə ən öndə görüntülənən Bayraktara məxsus Baykar. Üçüncü şirkət isə sərginin bürünc sponsoru olan Qətərli Barzan Holdingdir.

 

Qürur, yoxsa utanc mənbəyi?

Hər nə qədər Baykar bununla bağlı Türk xalqının sadəcə qürur duya biləcəyini desə də, burada qürur duyulacaq heç nə yoxdur. Həmçinin, Baykar sadəcə bir şirkət olması etibarilə xalqın mövqeyini əks etdirmir, onun adından çıxış edə və bununla bağlı mühakimə apara bilməz.

Qeyd olunmalıdır ki, İsrail sərgidə həmişə xüsusi iştirakı ilə seçilir və sərgi bu gün olduğu coğrafiyada məzlum xalqa qan udduran, Qəzzada soyqırım həyata keçirən İsrailə aid silah sənayesinin coğrafiyaya və dünyaya tanıdılmasında, şirkətlərinin satış paylarnın artırılmasında və İsrail üçün digər ölkələrlə hərbi sənaye müttəfiqliklərinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Haqqında tez-tez Türkiyə xalqına aid imiş kimi danışılan, əslində isə sadəcə Bayraktara aid olan Baykar Şirkəti məhz belə bir sərgiya ana sponsorluq etmişdir, özü də İsrailin hərbi dövlət şirkəti İAİ ilə birlikdə.

Hər bir halda bu sponsorluq Türkiyə xalqının mövqeyi və iradəsi ilə ilə üst-üstə düşmür. Söz sahibinindir. Bunu qürur mənbəyi hesab edən şəxsin özü üçün - Fələstin mübarizəsini birbaşa dəstəklədiyini, yazdığı məqalədə bu dəstəyin əxlaqi vəzifə olduğunu deyən biri üçün isə bu, qürur yox, sadəcə utanc mənbəyi ola bilər.

 

ADEX-in rolu və İsrail-Azərbaycan münasibətləri, digər türk şirkətləri

Yenidən qeyd etməyi zəruri hesab edirik ki, İsrail bu sərgidə xüsusi aktivliyi ilə seçilir və prezident İlham Əliyev sərgi sırasında İAİ-nin stendini də ziyarət etmişdir. Sərgiyə Azərbaycan dövləti tərəfindən xüsusi diqqət ayrılır – Azərbaycan Prezidenti, Daxili İşlər Naziri, Milli Müdafiə Sənayesi Naziri və Müdafiə Naziri kimi əhəmiyyətli dövlət fiqurları bu sərgidə iştirak edirlər və İsrail sərginin dəyişməyən simalarından biridir. Sərgi də öz növbəsində Azərbaycan hərbi arsenalını genişləndirməklə yanaşı, iştirakçı ölkə şirkətləri arasında əlaqələrin yaradılmasını hədəfləyir.

İsrail nümayəndələri isə Türkiyə şirkətlərinin bu sərgidə aktiv rolundan xüsusi danışmışdır. Sərgi üçün qeydiyyatdan keçə bilməmiş, amma iştirakçı olmuş İsrail şirkət nümayəndəsi Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə görüş planlarından, o cümlədən, xüsusi olaraq, Baykarın bu sərgidə daha da aktiv iştirak etməsini istədiyini bildirmişdir.

Oxucunun bir daha nəzərinə çatdırmağı zəruri hesab ediirk ki, bütün bunlar, Əqsa Tufanının ildönümünə yaxın tarixdə, İsrailin Qəzzada və Coğrafiyada qətliamları davam edərkən baş tutmuşdur.

Digər türk şirkətləri də sərginin keçirilməsində maraqlıdır və İsrail şirkətləri ilə birlikdə xüsusi aktivlik göstərirlər.

Aselsan Baku-nun direktoru da öz növbəsində qeyd edir ki, bu sərgi satış keçirilməsi ilə yanaşı şirkətlər üçün B2B (Business to Business) əlaqələrinin yaradılması üçün də çox vacibdir.

Bu mənada ADEX strateji əhəmiyyətə malik olmaqla İsrail başda olmaqla iştirakçı ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ələlxüsus, İsrail və Türkiyə hərbi şirkətləri keçirilən hər sərgidə xüsusi boy göstərirlər.

ADEX sərgisi Azərbaycan və İsrail dövlətləri arasında hərbi sənaye müttəfiqliyi üçün böyük önəm ərz edir. İsrail öz hərbi-texniki avadanlıqları ilə Azərbaycan ordusunu təmin edir, İsrail-Azərbaycan münasibətləri güclənir və bu əlaqələrin fonunda biz artıq şahidi oluruq ki, sonuncusu tərəfindən İsrailin törətdiyi soyqırım və qətliamlar barədə hər hansı mövqe ortaya qoyulmur. İsrailin neft sərfiyyatının 30 faizi Azərbaycan tərəfdən qaşrşılanır. Azərbaycanda 114  İsrail şirkəti fəaliyyət göstərir, Azərbaycan tərəfinin əvvəl vurğuladığı kimi Azərbaycan hər iki tərəfin – Türkiyə və İsrail münasibətlərinin istiləşməsində uzun müddətdir maraqlıdır. Bunu məhz sonuncu dəfə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirmişdi.

ADEX həmçinin bu mənada da böyük əhəmiyyət daşıyır.

 

Beləliklə,

Bura qədər qeyd edilənlərdən artıq ümumi mənzərə aydın olur. Hər fürsətdə xalq adından danışmağa çalışan sərmayə sahibləri son vaxtlar cərəyan edən hadisələr fonunda şifahi dəstəyini Fələstindən, məzlum xalqlardan yana ifadə edirmiş kimi görünsə də, reallıq tamam başqa şeylərdən xəbər verir.

Sözdə Paytaxtı Şərqi Qüds olmaqla Müstəqil Fələstin dövlətinin qurulmalı olduğunu deyən İlham Əliyev bu gün Azərbaycanı soyqırımçı İsrailin ən yaxn hərbi sənaye müttəfiqlərindən birinə çevirib. İsrail əleyhinə pafoslu cümlələri ilə seçilən Ərdoğan və hökuməti isə hər hansı konkret addım atmır və bu addımı atmaqdan da uzaq görünür.

İsrailə qarşı mövqeyi ən yaxşı halda şifahi qınağı keçməyən, reallıqda isə İsraillə əlaqələrini gücləndirən bu və oxşar digər burjua hökumətləri Fələstin məsələsində olduğu kimi digər məsələlərdə də xalqın mövqeyini ifadə etməkdən acizdirlər.

Bu gün özünü demokratiyanın beşiyi adlandıran qərb dünyasında vəziyyət daha acınacaqlıdır. Həmin ölkələrdə ictimai rəy – xalqın dəstəyi bilavasitə Fələstindən yanadır. Burjua hökumətləri isə göz görə-görə Qəzza xalqına qarşı həyata keçirilən soyqırımı dəstəkləyir, mövqe ortaya qoyan, soyqırıma qarşı duran vətəndaşlarını isə cəzalandırırlar. Qəzzanın yerlə yeksan edilməsindən sonra Netanyahu ABŞ-nin konqresində iki saatlıq çıxışı zamanı 58 dəfə ayaqüstə alqışlanır...

Qərb dünyası öz simasını tamamilə itirib. Qərbin himayəsində qurulmuş beynəlxalq sistem sonunu yaşayır. Baş verənlər müstəqil bir beynəlxalq sistem barədə deyilələrin cəfəngiyyat olduğunun, həmin sistemin – beynəlxalq kapitalizmin bütün aparatları, dəyərləri ilə artıq işləmədiyini göstərir. Kapitalizm öz dəyərlər sistemi ilə birlikdə məhv olmağa doğru gedir.  Dəyişikliklər qaçılmazdır. 

Fələstinlilər və digər yaxın şərq xalqları isə hər şeyə rəğmən soyqırımçı İsrailə qarşı isə öz mübarizələrinə inadla və cəsarətlə davam edirlər. İsrail imperiallist dövlətlərin böyük hərbi və mali dəstəyinə baxmayaraq Qəzza xalqını məğlub etməyi bacarmayıb. Bu Fələstin xalqının aparmaqda olduğu mübarizədir. Bu mübarizənin - Fələstin xalqının Sionist İsrailə - yaxın şərqin ən güclü 4-cü ordusuna qarşı daşlarla, əliyalın şəkildə apardığı şüurlu mübarizənin dəstəklənməsi və mənimsənməsi bu gün dünya inqilabçıları və inqilabçı təşkilatlar üçün heç olmadığı qədər əhəmiyyətlidir.